Əsas Səhifə > Sosial, Manşet > SUMQAYIT MERİNİN GƏNCƏ İŞLƏKLƏRİ

SUMQAYIT MERİNİN GƏNCƏ İŞLƏKLƏRİ


24-02-2012, 15:25
SUMQAYIT MERİNİN GƏNCƏ İŞLƏKLƏRİ

ELDAR ƏZİZOVA QARŞI 6 MİLYON MANATLIQ KORRUPSİYA İTTİHAMI

DİA.AZ: - Hazırda Sumqayıt şəhərinə rəhbərlik edən Eldar Əzizov Gəncə şəhər stadionunun yenidən qurulmasına ayrılan pulların çoxunu mənimsəməsi səbəbindən ittiham hədəfinə çevrilib. Bu barədə məlumat DİA.AZ-a mötəbər mənbələrdən daxil olub.

Məlumatda deyilir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət rəhbərliyinin idmana qayğısından sui-istifadə etmək həvəsinə düşüb. Ölkənin ikinci böyük şəhərinə rəhbərlik etdiyi zaman özünə və yaxınətrafına məxsus ticarət mərkəzləri, restoran və tikinti kooperativləri vasitəsi ilə sözün həqiqi mənasında Gəncəni özəlləşdirməyi bacarmış Əzizov büdcə pullarını da əməlli-başlı talan edib. Hazırda Gəncə şəhərinin Eldar Əzizovun dövrünə aid borclarının olduğu da faktdır.

Məlumatlardan aydın olur ki, Eldar Əzizov zamanında Gəncə şəhər stadionunun yenidən qurulmasına ayrılan 6 milyon manat vəsaiti mənimsəyib. Hazırda özü də maliyyə böhranı içində olan «Gəncə» futbol klubunun rəhbərliyi sözügedən məsələ ilə bağlı müvayfiq dövlət qurumlarına şikayət etməyə hazırlaşır.

Mənbəmizin sözlərinə görə, Sumqayıtın icra başçısına qarşı Gəncədəki əməlləri ilə bağlı daha bir ittiham da irəli sürülə bilər: «Bunu isə Gəncənin tanınmış iş adamlarından biri edəcək. Belə ki, Eldar Əzizov hələlik adının açıqlanmasını istəməyən həmin sahibkardan ayrı-ayrı vaxtlarda 700 min manata yaxın borc pul alsa da, hələ də həmin vəsaitin yarısından çoxunu geri qaytarmayıb. Neçə müddətdir yollarda qalan sahibkar artıq Sumqayıtda özünə qala bilməsi üçün kirayə ev də tutub».

Mənbəmiz bildirir ki, Eldar Əzizova qarşı hakimiyyətdə müəyyən bir qrup var ki, xeyli müddətdir fəaliyyət göstərir: «Təbii ki, sözügedən qrupun marağındadır ki, Sumqayıtın icra başçısının torbası hansısa formada tikilsin».

Qeyd edək ki, Eldar Əzizov hələ də Bakı meri postunda maraqlıdır və elə bu səbəbdən də bəzi hakimiyyətiçi qüvvələr icra başçısının məlum niyyətinin önlənməsi üçün onu indidən susdurmaqda maraqlıdırlar.


Geri qayıt