Əsas Səhifə > Hadisə > “BAKU CRYSTALL HALL”UN HAZIR OLMASINA AZ QALIB

“BAKU CRYSTALL HALL”UN HAZIR OLMASINA AZ QALIB


23-02-2012, 12:45
“BAKU CRYSTALL HALL”UN HAZIR OLMASINA AZ QALIB

BAKI SÖZ VERDİYİ VAXTA YETİŞƏCƏK

Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi ““Baku Crystall Hall”da tikinti işləri artıq son mərhələyə daxil olub. APA-nın eurovision.az saytına istinadən yaydığı xəbərə görə, hazırda zalın üzərində kristallar quraşdırılmaqdadır.

““Baku Crystall Hall””ın yaxınlığında isə müsabiqədə akkreditasiya olunmuş jurnalistlər üçün xüsusi Mətbuat Mərkəzi inşa olunur. Mətbuat Mərkəzi 5000 m2 ərazini əhatə edəcək. Hazırda mərkəzdə tikinti işləri sürətlə davam edir.

Qeyd edək ki, 57-ci “Eurovision” mahnı müsabiqəsinin yarımfinalları mayın 22 və 24-də, final mərhələsi isə mayın 26-da keçiriləcək.


Geri qayıt