Əsas Səhifə > Sosial, Manşet > KOROĞLUYA ŞƏXSİYYƏT VƏSİQƏSİ

KOROĞLUYA ŞƏXSİYYƏT VƏSİQƏSİ


23-02-2012, 12:15
KOROĞLUYA ŞƏXSİYYƏT VƏSİQƏSİ

«FACEBOOK» PƏRGARLARI YENƏ DƏ ÖZ AMPLUALARINDADIRLAR

DİA.AZ: - Bir neçə gün əvvəl Bakıda tarixi qəhrəman Koroğlunun heykəlinin açılış mərasimi oldu. Onu da bildirək ki, bu mərasimdə iştirak edən dövlət başçısı İlham Əliyevin çıxışı zamanı Koroğlunun ünvanına «vətəndaş» ifadəsini işlətməsi bir çoxları tərəfindən heç də birmənalı qarşılanmayıb.

Hətta bu ifadə nəhayətdə «Facebook» sosial şəbəkəsində Koroğlunun adına müstəqil Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin «yaranışına» qədər bir şəraiti inkişaf etdirib.

Həmin şəxsiyyət vəsiqəsinin kimlər tərəfindən düzülüb-qoşulduğunu bilməsək də, maraqlı olduğunu nəzərə alıb, diqqətinizə çatdırdıq.

Geri qayıt