Əsas Səhifə > Hadisə > BÜLBÜLƏ MƏSCİDİNİN AXUNDU HƏBS OLUNDU

BÜLBÜLƏ MƏSCİDİNİN AXUNDU HƏBS OLUNDU


22-02-2012, 16:51
BÜLBÜLƏ MƏSCİDİNİN AXUNDU HƏBS OLUNDU

“VƏTƏNDAŞLARIN HƏBS EDİLMƏSİ ƏDALƏTSİZLİKDİR”

“Biz dindarların son həbslərini iqtidarın vətəndaşlara qarşı repressiyası kimi dəyərləndiririk”, - Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Akif Heydərli çərşənbə günü AİP-in “Doğru Xəbər” qəzetinin redaksiyasında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həbs edilənlərin sayı 23 nəfərə çatıb. Əldə edilən məlumatlara görə, fevrlaın 22-də Bülbülə kənd axundu Hacı Səxavət həbs olunub. Həbslərin motivləri barədə rəsmi açıqlama verilmir. “Hansısa dövlət tərəfindən ehtimal ediləcək terrora görə vətəndaşların həbs edilməsi ədalətsizlikdir”, - A.Heydərli bildirib. O, həbs edilənlərin günahsız olduqlarını deyərək belə həbslərin dövlətçiliyi zəiflətdiyini, vətəndaşın hakimiyyətə olan inamına zərbə vurduğunu nəzərə çatdırıb.


Geri qayıt