Əsas Səhifə > Ölkə, Manşet > İRANYÖNLÜ KİV-DƏN İNQİLAB HƏDƏSİ

İRANYÖNLÜ KİV-DƏN İNQİLAB HƏDƏSİ


22-02-2012, 15:53
İRANYÖNLÜ KİV-DƏN İNQİLAB HƏDƏSİ

TEHRANIN BAKIDAKI DAYAQLRI İSLAM İNQİLABINI ANONS ETMƏKDƏDİRLƏR

DİA.AZ: - Fars-molla rejiminin Azərbaycan məsələsindəki davranışları kimsəyə sirr deyil. Son günlər rəsmi Bakının İrana bağlı çevrələrdə həbslər həyata keçirməsi adekvat reaksiyalara nədən olmaqdadır. Və hətta dövlətimizin ünvanına hədələr də səsləndirilir. Belə bir material bu günlərdə “İslamtimes” portalında yerləşdirilib.

DİA.AZ olaraq diqqətinizə çatdırdığımız həmin materialdakı “qan iyini” sizlər də duyacaqsınız. Hər halda bu kimi halların mövcudluğu Azərbaycanın çox çətin bir mərhələ qarşısında olmasından xəbər verməkdədir. Materialla tanış olun:

“İnsan bir iş görəndə düşünər ki, mənə nə ad verəcəklər və adətəndə yaxşı ad qazanmaq, yaddaşlarda yaxşı xatırlanmaq üçün xeyirli əməllərə çalışırlar ya da əksinə olaraq xalqa zülüm edənlər isə qiyamətə qədər lənətlənərlər.

Buna Azərbaycanı idarə edənlərin əməllərinə görə aldıqları adı qeyd eləmək olar. Azərbaycan hökuməti ümumulikdə "Yezid və ya Muaviyyə" adını almışlar. Bu ad təsadüfən verilməyib. Ölkədə gedən bir tərəfli siyasət, baş verən hadisələr , xalqa qarşı qanundan kənar hərəkətlər, xalqın yaşayışının ağrılaşması və sair bu kimi hərəkətlər bu adın hökumət üçün söylənməsinə şərait yaradıb. Yəni ki, əməllərinə görə ad alıblar.

Zalım hökumətin çirkin qanunları qarşısında illərdir əzilən və bu haqsızlıqlara səbr edən xalq , artıq son olan hadisələrə səbrsizliklə yanaşmaq məcburiyyətindədir. Ölkədə İslam dininə qarşı olan münasibətlər xalq arasında narahatlıqları artırır.

Başqa dinlərə sərbəstlik verildiyi bir ölkədə İslam dininə qaşı və əsasəndə şiə məzhəbindən olanlara pis münasibətlər göstərilir, səbəbsiz yerə incidilir, həbs olunur, bəziləri ciddi tapşırıqlar alaraq nəzarət altında yaşamalı olurlar. Ən dəhşətlisi odur ki, dindar şiələr arasında dövlət əmakdaşları tərəfindən gizlin olaraq evlərindən ya kuçədən ünvanı bilməyən yerlərə aparılırlar. Bu hallarda ağır işgəncələr alan dindarların bəzilərinin sonu ölümlə nəticələnir.

Milli Məclisin aşura mərasiminə qadağalar qoyulması ilə əlaqədar qərar qəbul etməsinə baxmayaraq Məhərrəm ayında İslamın mərkəzi sayılan Qum şəhərində təhsil alan tələbələrdən İslam dinin təbliği, həmvətənlərinin dini maariflənməsinin bir az da yaxşılaşması məqsədilə ölkəyə səfər etmələri, ölkəni idarə edənlər tərəfindən xoş qarşılanmadı.

Azərbaycan sərhəddində xususi yoxlamalar aparıldı. Qurani Kərimin ölkəyə daxil olmasına icazə olmadığını bildirən kömrük işçiləri ruhani tələbənin çantalarındaki Quranları alıblar, telefonlardakı dini musiqiləri və Quran ayələrinin olduğu halda ölkəyə gedə bilməyəcəklərini xəbərdarlıq ediblər və telefonlarda yoxlama aparıblar.

Azərbaycanda hökumətin aşura mərasiminin saxlanılmsına və bu mərasimdə ruhanilərin xalq arasında söhbətlər aparmasına qarşı çıxılsada , bütün bunlara baxmayaraq ruhanilər güclərını toplayıb bu mərasimin keçirlməsində məqsədli oldular. Tam qarşısını ala bilməyən hökumət adamları öz hörmətsiz qərarlarına əlavə olaraq, aşura günü minbərlərdə və ya kənar məclislərdə söhbət edənlərə xüsusi tapşırıqlar verdilər. Beləki, söhbət zamanı ,əsasəndə Kərbəla hadisələrində Yezid və Müaviyəyə lənət oxunmasın, İmam Hüseyn (ə) adına mərsiyə deyilməsin, kimsə sinə vurmasın.

Son zamanda "Yezid" adını almış bəzi məmurlar Yezid davamçısı olduqları üçün oxunan lənəti qəbul edə bilmirlər. Yezid siyasətini işlədərək müslman ölkəyik deyib, İslam dini ilə ölkədə quru savaş aparırlar və açıqcasına İslam dinini aradan qaldırmağa cəhd edirlər.

Bu gün müsəlmanlar bir Yezidlə deyil, yezidlərlə savaşaraq dinini müdafiə edirlər. Azərbaycan Kərbala tarixini yaşatmaq, təkrar etmək astanasındadır. Azərbaycan müsəlmanlarına İamam Hüseyn(ə) əzadarlığını qadağan edənlər, bu müsəlmanların nəinki İmamın matəmindən əl çəkəcəklərini , əksinə olaraq öz Hüseynlərini axtaracaqlarını bilməlidirlər.

Bilməlidirlər ki, Hüseyn (ə) davamçısı olub ölkədə İslamın keşiyində duracaqlar. Lazım olduqda bir can deyil, min can verəcəklər. Həbslərdə deyil, savaş meydanlarında öləcəklər. Hüseyn(ə) çağırıb, Hüseynləri ayağa qaldıracaqlar. Kərbəla, Azərbaycan deyib şüarlar səsləndirəcəklər”.


Geri qayıt