Əsas Səhifə > Partiya > MÜXALİFƏT NİYƏ BİRLƏŞƏ BİLMİR?

MÜXALİFƏT NİYƏ BİRLƏŞƏ BİLMİR?


22-02-2012, 15:44
MÜXALİFƏT NİYƏ BİRLƏŞƏ BİLMİR?

“ÜMİD”ÇİNİN SÖZLƏRİNƏ GÖRƏ, BUNA MANE OLANLAR VAR

“Azərbaycanda fəaliyyət göstərən bir sıra partiyalar var ki, müxalifətin bir araya gəlməsini istəmirlər və ayrı-ayrı partiyaların bu istiqamətdəki cəhdlərinə qarşı çıxırlar. Bu səbəbə görə müxalifət partiyalarının birliyi reallaşmır".

Bu sözləri Ümid Partiyasının mərkəzi icra aparatının rəhbəri Nəsimi Məmmədli deyib.

O, “Qarabağ” blokunun müxalifət partiyalarına birgə əməkdaşlıqla bağlı ünvanladığı müraciətə müsbət cavab verilməməsini də bununla əlaqələndirib: “Bütün müxalifət partiyaları bilməlidir ki, hansısa bir uğur əldə etməyin yeganə yolu birgə əməkdaşlıqdan keçir. Təssüflər olsun ki, hələlik müxalifət partiyaları buna hazır deyillər”.


Geri qayıt