Əsas Səhifə > Ölkə, Manşet > MİSİR MƏRDANOVDAN ÇEVRƏSİNƏ İSMARIC

MİSİR MƏRDANOVDAN ÇEVRƏSİNƏ İSMARIC


22-02-2012, 14:59
MİSİR MƏRDANOVDAN ÇEVRƏSİNƏ İSMARIC

TN ŞEFİ: “SİZƏ GÖRƏ VƏZİFƏMİ İTİRMƏK NİYYƏTİNDƏ DEYİLƏM”

DİA.AZ: - Misir Mərdanovun idarəsi altında olan Azərbaycan Təhsil Nazirliyində yeni bir korrupsiya faktı ilə əlaqədar yoxlamalara start verilib. Naziliyin tərkibində bir neçə yeni faktlar aşkarlanaraq cinayət işinin açıldığı bildirilir.

Bu dəfəki faktlar yeyinti halları ilə bağlıdır. Bu dəfə dövlətin hədəfində Təhsil Nazirliyinin Kadrlar Şöbəsinin müdiri Fərzəli Qədirovdur.

Qeyd edək ki, Təhsil Nazirliyi haqqında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə küllü miqdarda şikayət məktubları gedir. Bu şikayət məktublarının əksəriyəti kadrlar şöbəsinin rəhbəri Fərzəli Qədirov barəsində olduğu haqda məlumat verilir.

Təhsil Nazirliyi əməkdaşlarından birinin “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) veridiyi müsahibəsindən bəlli olur ki, Fərzəli Qədirovdan gələn şikayətlərin çoxluğu artıq “Təhsil Şefi” Misir Mərdanovun da qəzəbinə səbəb olub və nazir artıq ona xəbərdarlıq edib.

Mənbə həm də bildirir ki, Misir Mərdanov müavinlərinin günahları ucbatından vəzifəsindən keçməyəcəyini də onlara elan edib.

Digər tərəfdən mənbə bunu da qeyd etdi ki, Fərzəli Qədirov barədə aşkar olunan faktlar sübut olunsa o nəinki vəzifəsini itirə, hətta bir neçə il azadlıqdan məhrum oluna bilər. Bununla yanaşı Qədirov vəzifəsindən sui istifadə edərək yaxın qohumlarını müxtəlif sahələrdə vəzifələrə yerləşdirib. Bu fakt barədə də araşdırmaların başlandığı vurğulanır.

Nazirliyin digər bir əməkdaşı olan Şahrza Əliyevin də hədəfdə olduğunu deyən mənbə onun rəhbərlik etdiyi maliyyə şöbəsində də çoxlu sayda mənimsənilmə olduğunu xatırladıb.

Məlumata görə Şahrza Əliyevin əslən Lerik rayonunda olması bu vəzifədə oturması çoxdandır ki, Misir Mərdanovun narazılığına səbəb olub. Çünki nazir Misir Mərdanov həmişə belə mühüm vəzifələrə rəhbərlik etdiyi Qərbi Azərbaycan qruplaşmasından olan nümayəndələri təyin edir. Lakin Şahrza Əliyevin yuxarılardakı himayəçiləri onun bu vəzifədə uzun illər çalışmasına şərait yaratmışdır.

Məlumatda həmçinin bildirilir ki, cənub regionunda böyük nüfuza malik olan Hüseynbala Mirələmov dəfələrlə Şahrza Əliyevin müdafiəsinə qalxaraq onun bu vəzifəni itirməməsinə yardımçı olmuşdur.

Lakin başlanan bu proses daha çox Təhsil Nazirinin əlinə şans verir ki, həm öz törətdiyi cinayətləri ört -basdır etsin, həm də ətrafında olan arzulamadığı qüvvələri zərərsizləşdirsin.

Misir Mərdanovun son bir həftə ərzində işə çıxmaması da baş verən olaylarla əlaqədardır. Baxmayaraq ki, nazir bunu səhhətində yaranmış problemlərlə əlaqələndirir. Nazirə zəng edən qohumaları onun evdə xəstə olduğu cavabını alırlar. Lakin əldə etdiyimiz məlumatda bildirilir ki, nazir bu haqda əmri yuxarı dairələrdən alıb. Ona bildirilib ki, araşdırmalar başa çatınca evdə dincəlsin.


Geri qayıt