Əsas Səhifə > Sosial, Manşet > DƏMİRYOL İDARƏSİNDƏ İXTİSARLAR

DƏMİRYOL İDARƏSİNDƏ İXTİSARLAR


22-02-2012, 14:13
DƏMİRYOL İDARƏSİNDƏ İXTİSARLAR

NN ŞEFİNİN APARDIĞI ƏMƏLİYYAT YENİ İŞSİZLƏR ORDUSU YARADA BİLƏR

DİA.AZ: - Azərbaycanın qatarları köhnə olduğu üçün Rsiya ərazisinə buraxılmır və hazırda «Bakı-Moskva» qatarı işləmədiyi üçün, 300 nəfərə yaxın dəmiryolçu işsiz qalıb. Amma dəmiryol idarəsində işsizlərin sayının bundan sonra da artacağı gözlənilir. İdarədə daha 450 nəfərin işdən çıxarılması gözlənilir. İşdən çıxarılanlara isə kompensasiya ödənilmir. Dövlət Dəmiryolu İdarəsi Qapalı Səhmdar Cəmiyyətidir. Burada hər bir işçinin səhm payı var. Bununla bağlı prezidentin sərəncamı da var. Amma bunların heç biri nəzərə alınmır.

Dövlət Dəmir Yol İdarəsində baş verənlərlə bağlı “Dünya” İnformasiya Agentliyi redaksiyasını (dia.az) məlumatlandıran mənbənin sözlərinə görə bir neçə gün öncə Dəmiryol İdarəsinin bir çox işçisi işdə verdiyi «nöqsanlar» səbəbindən işdən azad olunub. Amma əvvəllər bu qurumda nöqsana görə birbaşa işdən azadedilmə olmurdu. Vəzifəsi aşağı salınırdı, bir neçə prosedura tətbiq olunurdu, ən axırda işdən çıxarılırdı. Bu onu göstərir ki, Dəmiryol İdarəsi bu adla bir çox işçilərindən qurtulmaq istəyir. İdarə hazırda işə qadın cinsindən olanları götürməyə daha çox üstünlük verir. Dəmiryol İdarəsinin işə götürdüyü qadınlarla bağlı isə dəfələrlə qalmaqal yaşanıb. Hazırda yaşanan problemlə bağlı, yəni şimal istiqamətində qatarların məhdudlaşdırılması, Rusiyanın Azərbaycan qatarlarını qəbul etməməsində isə birbaşa Dövlət Dəmiryolu İdarəsi təqsirlidir. Bu idarə 20 ildir, vaqon almır.

Rusiyanın «Qudok» qəzetində məsələ ilə bağlı geniş araşdırma yazısı dərc olunub və rus dəmiryolçuların qəzeti olan həmin mətbu orqanda göstərilib ki, Rusiya qatarların Azərbaycan dayandırılmasında maraqlı deyil. Hələ bu qatarların gəlişini əngəlləməzdən əvvəl, Azərbaycan tərəfinə müxtəlif təkliflər ediblər. Qatarları icarəyə götürmək də təklif olunub. Amma Azərbaycan tərəfi bununla razılaşmayıb. Nəticədə isə nəqliyyat nazirliyinin kurasiyasında olan bir sahədə «taksi qalmaqalı»ndan sonra ikinci işsizlər ordusu yaranmaqdadır.

Geri qayıt