Əsas Səhifə > Güney Press, Araşdırma > ƏGƏR NABUCCO QISALDILSA...

ƏGƏR NABUCCO QISALDILSA...


22-02-2012, 13:24
ƏGƏR NABUCCO QISALDILSA...

BU O DEMƏKDİR Kİ, GÜCÜNÜN YARISINI İTİRƏ BİLƏR

Nabucco-nun uzunluğunu və gücünü iki dəfə azaltmaq istəyirlər. Nəticədə layihə Asiyaya çıxmadan Avropadaxili qaz infrastrukturunun tərkib hissəsi olacaq. Onun əvəzinə Asiya qazının Türkiyə vasitəsilə Avropaya çatdırılması funksiyasını Azərbaycan və Türkiyənin layihələndirdiyi TANAP öz üzərinə götürəcək.

The Wall Street Journal məlumat verib ki, Nabucco-nun parametrlərinə yenidən baxıla bilər. Nəşrə görə, Nabucco-nun yeni marşrutu ola bilər: əvvəli Bolqarıstan, son nöqtəsi Avstriya. Bu zaman kəmərin gücü iki dəfə azaldılaraq ildə 16 mlrd m3 olacaq. Nabucco-nun rəsmi təmsilçisi Kristian Dolesal Rusiya "Kommersant"ına bildirib ki, layihənin iştirakçıları (Avstriyadan OMV, Macarıstandan MOL, Bolqarıstandan Bulgargaz, Rumıniyadan Transgaz, Türkiyədən Botas və Almaniyanın RWE şirkəti) "müxtəlif variantlara baxırlar", amma hələ heç bir qərar qəbul edilməyib.

TANAP-ın Türkiyə ərazisi ilə qazı Bolqarıstana çatdırması, oradan qazın "qısaldılmış" Nabucco ilə Avstriyaya ötürülməsi sxemi daha məqbuldur, deyə “İFD kapital”dan Vitali Kryukov bildirir. O hesab edir ki, Nabucco səhmdarları indiki irimiqyaslı variantın öhdəsindən gələ bilməz. Halbuki "Asiya qazının Aİ-yə hansı yolla çatdırılması Avropa üçün o qədər vacib deyil. Başlıcası budur ki, tez olsun". Valeri Nesterov bununla razıdır və əlavə edir ki, əgər TANAP tikilsə, "bu, South Stream layihəsinə yenidən baxılması, məsələn, onun gücünün azaldılması ilə nəticələnə bilər".


Geri qayıt