Əsas Səhifə > Partiya > İRANÇILARA “DÖVLƏTƏ XƏYANƏT” İTTİHAMI

İRANÇILARA “DÖVLƏTƏ XƏYANƏT” İTTİHAMI


22-02-2012, 13:21
İRANÇILARA “DÖVLƏTƏ XƏYANƏT” İTTİHAMI

İTTİHAM MTN TƏRƏFİNDƏN İRƏLİ SÜRÜLÜB

Son günlər saxlanılan islamçılara qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 228-ci (qabaqcadan əlbir olan qrup tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlatıcı maddələr və qurğular əldə etmə, başqasına vermə saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işçi başlayıb.

Vəkillərin dediklərinə görə, ittiham Milli Təhlükəsizlik Nazirliyi tərəfindən irəli sürülüb və istintaqı da nazirliyin istintaq qrupu aparır. Ümumilikdə, indiyədək yuxarıdakı ittihamlar üzrə 10-dək şəxsin saxlandığı bildirilir. Saxlanılanlar barəsində məhkəmələr tərəfindən 2-3 aylıq həbs qətimkan tədbiri seçilib və onların əksəriyyəti MTN-nin təcridxanasında saxlanılır.

Vəkil Esmiralda Zeynalova Turan-a bildirib ki, onun müdafiə etdiyi Taleh Rəsulov CM-in 274- cü maddəsi (dövlətə xəyanət) ilə ittiham edilir. İttiham MTN tərəfindən irəli sürülüb. Səbayel Rayon Məhkəməsi Taleh Rəsulovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Vəkil Cahangir Cavadov Turan-a deyib ki, müdafiə etdiyi Rahim Qasımova qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə cinayət işi qaldırılıb və məhkəmə onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

Vəkil Rafət Qurbanov bildirib ki, Əbülfəz Zəkiyevə qarşı CM-in 228.2.1 maddəsi ilə “qabaqcadan əlbir olan qrup tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlatıcı maddələr və qurğular əldə etmə, başqasına vermə saxlama, daşıma və gəzdirmə) cinayət işi başlanıb və barəsində 2 ay həbs qətimkan tədbiri seçilib.

Ümumilikdə, Nardaran kəndindən 9 nəfərin həbs edildiyi bildirilir. Onların 7-i dövlətə xəyanətdə, 2-i qanunsuz odlu silah saxlamaqda günahlandırılır.

Bununla yanaşı Bakı, Gəncə, Sumqayıt, Cəlilabad və digər şəhərlərdə də həbs edilənlər olub.


Geri qayıt