Əsas Səhifə > Üçüncü sektor > QHT ŞURASINA SEÇKİLƏRİN VAXTI AÇIQLANDI

QHT ŞURASINA SEÇKİLƏRİN VAXTI AÇIQLANDI


22-02-2012, 12:54
QHT ŞURASINA SEÇKİLƏRİN VAXTI AÇIQLANDI

3-CÜ SEKTORDA SEÇİM ANIDIR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə ixtisaslaşmış QHT qrupları üzrə seçkilər gələn həftədən etibarən keçiriləcək. Şuradan Modern.az-a bildirilib ki, ixtisaslaşmış QHT qruplarında seçkilərin tarixi və vaxtı belə müəyyənləşib:

insan hüquqları və demokratiya: 29.02.2012. Saat 10.00
ailə, qadın və uşaq məsələləri: 29.02.2012. Saat 14.00
qaçqın, köçkün, əlil və veteranların məsələləri: 01.03.2012. Saat 10.00
iqtisadi və sosial məsələlər: 01.03.2012. Saat 14.00
təhsil, elm və mədəniyyət: 02.03.2012. Saat 10.00
gənclər və vətənpərvərlik tərbiyəsi: 02.03.2012. Saat 14.00
səhiyyə, sağlamlıq və ekologiya: 03.03.2012. Saat 10.00
narkomaniyaya, korrupsiyaya, insan alverinə və
terrorizmə qarşı mübarizə: 03.03.2012. Saat 14.00
Seçkilər Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binasının akt zalında keçiriləcək (Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi-34).

Seçki yığıncaqlarında iştirak üçün nümayəndələr şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Seçki yığıncaqlarında iştirak edə bilməyən, müvafiq qeydiyyatdan keçmiş nümayəndələri başqa şəxslər əvəz edə bilər. Bu haqda yazılı məlumat təşkilat komitəsinə təqdim edilməlidir.

Seçkilərin gedişini işıqlandırmaq istəyən KİV nümayəndələri fevralın 22-dən başlayaraq təşkilat komitəsində qeydiyyatdan keçməlidirlər (Telefon: 012-493-17-80; 012-493-17-32).


Geri qayıt