Əsas Səhifə > Dünya > BRAZİLİYA KARNAVALINDA QALMAQAL YAŞANDI

BRAZİLİYA KARNAVALINDA QALMAQAL YAŞANDI


22-02-2012, 12:50
BRAZİLİYA KARNAVALINDA QALMAQAL YAŞANDI

ARTIQ OLAYLA BAĞLI 2 NƏFƏR HƏBS OLUNUB

Braziliyada davam edən məşhur Rio karnavalının əsas hissəsi olan samba müsabiqəsi qalmaqalla başa çatıb. Sambadrom adlı xüsusi meydançada 14 samba məktəbinin rəqqasları yarışıblar. Müsabiqənin nəticələri elan edilərkən qarışıqlıq yaşanıb. Belə ki, "Moçidade Aleqre" samba məktəbinin üstünlüyə malik olduğu ehtimal edildiyindən, qalib elan edilərkən rəqib məktəbin tərəfdarları iğtişaş yaradıblar. Tərəfdarlardan biri səhnəyə çıxaraq, səsvermə nəticələrinin olduğu məktubu cırıb. Nəticələr yalnız bir nüsxədə olduğundan, tamaşaçılar hansı samba məktəbinin qalib olduğunu bilməyiblər.

Etirazçılar səhnə ətrafındakı barrikadaları da dağıdıblar. Daha bir samba məktəbinin tərəfdarları isə rəqib məktəblərdən birinə məxsus səyyar səhnəni yandırıblar. Polis faktla bağlı 2 nəfəri həbs edib.

Qeyd edək ki, bu il Rio-de-Janeyro karnavalına bütün dünyadan 850 mindən çox turist gəlib.


Geri qayıt