Əsas Səhifə > Siyasət, Manşet > ZEYNALOV QARDAŞLARI ÇƏTİN DURUMDA

ZEYNALOV QARDAŞLARI ÇƏTİN DURUMDA


22-02-2012, 12:41
ZEYNALOV QARDAŞLARI ÇƏTİN DURUMDA

BİR QARDAŞ GƏLƏCƏK NAZİRİNƏ «XOD» AXTARIR, DİGƏRT QARDAŞ DA TƏLAŞDADIR

DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, bir neçə rayonunun icra başçısının görəvdən alınması ilə bağlı yekun qərar verilib və artıq adları «qara siyahıya» düşən icra başçılarının kimlikləri də məlumdur. Bu barədə məlumatı verən mənbəmiz vurğulayırdı ki, keçən il də bir neçə icra başçısı vəzifəsindən uzaqlaşdırıldı, lakin onların əksəriyyəti yenidən başqa bir rayona transfer olundular: «Amma bu dəfə baş verən dəyişikliklərdə «vurulacaq» başçılardan yalnız bəzilərinin yeni vəzifəyə təyin olunması söhbəti gedir. Yerdə qalanlar vəzifələrini birdəfəlik itirmiş olacaqlar».

Mənbəmiz adları «qara siyahı»da olan icra başçılarının kimlikləri barədə də məlumat verib. Həmin rayon rəhbərləri aşağıdakılar idi:

Abidin Fərzəliyev - Nərimanov rayon icra hakimiyyətinin başçısı;

Razim Məmmədov - Xətai rayonunun icra hakimiyyətinin başçısı;

Alı Qocayev - Binəqədi rayon icra hakimiyyətinin başçısı;

Şəmsəddin Xanbabayev - Xaçmaz rayon icra hakimiyyətinin başçısı;

Vilyam Hacıyev - Samux rayon icra hakimiyyətinin başçısı;

Mübariz Ağayev - Mingəçevir şəhər icra hakimiyyətinin başçısı;

Mərdan Camalov - Şirvan şəhər icra hakimiyyətinin başçısı;

Tofiq Zeynalov - Tovuz rayon icra hakimiyyətinin başçısı.

Redaksiyamızın əldə etdiyi son məlumatlardan isə aydın olur ki, həmin siyahıda adı yer alan icra başçılarından birinin - Tovuz rayonunun rəhbəri Tofiq Zeynalovun məsələsi həll olunub.

Məlumat üçün bildirək ki, Tofiq Zeynalov Respublika Dövlət Yol Poliisi İdarəsinin rəisi Ramiz Zeynalovun doğmaca qardaşıdır və təbii ki, onun belə bir mənsəbə sahiblənməsində qardaşının statusunun müstəsna əhəmiyyəti olub. Və indi də o, qardaşının mühafizəsi altındadır.

«Dünya» İnformasiya Agentliyi redaksiyasını (dia.az) bilgiləndirən Nazirlər Kabinetindəki məlumatlı mənbə bildirir ki, Ramiz Zeynalovun özü də qardaşının «vurulacağından» məlumatlıdır: «Sadəcə olaraq DYP şefi hazırda özü çətin durumdadır. Ramiz Zeynalov bir neçə gün əvvəl mətbuatda maraqlı bir açıqlama ilə çıxış etdi. O, çıxışı ilə nəqliyyat naziri Ziya Məmmədova açıq-aşkar dəstək verdi».

Mənbəmiz bildirir ki, burada Ramiz Zeynalovu anlamaq heç də çətin deyil: «Çünki son zamanlar DYP-nin daxili işlər nazirliyindən alınaraq nəqliyyat nazirliyinə verilməsi yönündə müəyyən işlər gedir, planlar cızılır. Ramiz Zeynalov isə indidən gələcək naziri ilə münasibətlərini qaydasına salmaqda maraqlıdır. Amma onun bu çabaları hazırki nazirinin heç də ürəyindən deyil ki, bu da DYP şefi üçün arzuolunan situasiyanı yetişdirməəcək».

Belə bir konfliktli dönəmində əli qardaşının köməyinə yetməyən Ramiz Zeynalovun Tovuzda gözlənilən rəhbər dəyişikliyi qarşısında yalnız təskinlik xarakterli addımlar üzərində baş sındırdığı da məlum olur. Bu barədə məlumatı verən qaynaq bildirir ki, DYP şefi qardaşını Bakının rayonlarından birinə rəhbər təyin etdirmək üçün yollar arayır.


Geri qayıt