Əsas Səhifə > Hadisə > SABİRABAD MİTİNQİ TƏXİRƏ SALINDI

SABİRABAD MİTİNQİ TƏXİRƏ SALINDI


22-02-2012, 11:57
SABİRABAD MİTİNQİ TƏXİRƏ SALINDI

İCRA HAKİMİYYƏTİ SAKİNLƏRƏ GÖRÜŞ YERİ AYIRDI

Məlum olduğu kimi Sabirabadda Kür Araz daşqınlarının təsirinə məruz qalan sakinlərin bu ilin yanvar ayının 7- də “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri ilə görüşünə yerli İcra Hakimiyyəti və Polis Şöbəsi tərəfindən icazə verilməmişdir. Görüşün keçirilməsi üçün öncədən “Şam” İstirahət Mərkəzi ilə müqavilə bağlansa da müqavilə ləğv edilərək görüşə gələnlər polisin gücü ilə dağıdılmış, Qərargah nümayəndələri Mehman Əliyev və Oqtay Gülalıyev Polis Şöbəsinə dəvət edilərək onlarla söhbət aparılmışdır. Bundan sonra “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Prezident Administrasiyasına və Sabirabad rayon İcra Hakimiyyətinə rəsmi müraciət edərək nəzərdə tutulan görüşün keçirilməsinə şərait yaradılmasını istəmişdi. Yanvar ayının 25- də rayon İcra Hakimiyyətinə dəvət olunan “Kür” Qərargahının koordinatoru Oqtay Gülalıyev İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovla görüşüb. Görüşdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın vacibliyini bildirən N. İsmayılov nəzərdə tutulan görüşün keçirilməsinə şərait yaradılacağını bildirmişdi.

Dünən Sabirabad rayon İcra Hakimiyyətinin İctimai- siyasi şöbəsindən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına Kür Araz daşqənlarının təsirinə məruz qalan sakinlərlə nəzərdə tutulan görüşün fevral ayının 28- də keçirilməsinə razılıq verildiyi və bunun üçün müvafiq yer ayrıldığı bildirilib.

Görüşdə daşqınların təsirinə məruz qalan sakinlərlə yanaşı Fövqəladə Hallar Nazirliyinin, yerli İcra Hakimiyyətlərinin və digər dövlət qurumlarının da iştirakı gözlənilir.


Geri qayıt