Əsas Səhifə > Partiya > ZİYALILARIN MİTİNQİNƏ MÜXALİFƏT DƏVƏT OLUNACAQMI?

ZİYALILARIN MİTİNQİNƏ MÜXALİFƏT DƏVƏT OLUNACAQMI?


21-02-2012, 14:58
ZİYALILARIN MİTİNQİNƏ MÜXALİFƏT DƏVƏT OLUNACAQMI?

“HƏR KƏS MİTİNQDƏ İŞTİRAK EDƏ BİLƏR”

Artıq Ziyalılar Forumu mitinqlə bağlı qəti qərar verdiyi bildirilir. Bu barədə mətbuata forumun üzvü Eldar Namazov açıqlama verib. Ümumiyyətlə Ziyalılar Forumumun keçirəcəyi mitində müxalif partiyalar da dəvət olunacaqmı?

Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Ziyalıar Forumunun üzvü Cəmil Həsənli, bununla bağlı hələki yekun müzakirəni keçirmədiklərini bildirdi. “Sadəcə olaraq bu məsələ barədə yekun müzakirə keçiriləndən sonra qərar veriləcək. Digər tərəfdən bizim məqsədimiz ümümxalq bir mitinq keçirməkdir. Yəni bizim mitinq partiya prinsipi ilə yox, vətəndaş prinsipi ilə həyata keçiriləcək. Mitinqin mövzusunu zəruri hesab edən və bu məsələdə Azərbaycanın mövqeyini aydın göstərilməsini istəyən hər bir adam mitinqdə iştirak edə bilərlər. Qalan məsələlərlə bağlı isə hər hansı bir yekun qərar verilməyib.”

Geri qayıt