Əsas Səhifə > Cəmiyyət, Manşet > MDB QOŞUNLARI AZƏRBAYCANA QARŞI VURUŞACAQ

MDB QOŞUNLARI AZƏRBAYCANA QARŞI VURUŞACAQ


21-02-2012, 14:47
MDB QOŞUNLARI AZƏRBAYCANA QARŞI VURUŞACAQ

QARABAĞIN İŞĞALINDA İŞTİRAK EDƏN RUSLARDAN AZƏRBAYCANA HƏDƏ

DİA.AZ: - Böhran vəziyyəti yaranacağı təqdirdə Ermənistan bütün zəruri köməyi alacaq. Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja bildirib.

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hüquq və öhdəliklərin sahib olan tam hüquqlu üzvüdür. Onun digər dövlətin kollektiv təhlükəsizliyini təmin etmək üçün öz imkanlarını səfərbərlik etmək öhdəliyi və müttəfiqlərindən eyni köməyi almaq hüququ var”.

Nikolay Bordyuja Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında situasiyanın böhran həddinə çatması zamanı KTMT-nin hansı addımları atacağı barədə sualı belə cavablandırıb. O bildirib ki, təşkilata üzv ölkələrdə böhran vəziyyətlərinin hansı formada inkişaf edə biləcəyini söyləmək mümkün deyil: “Qırğızıstanda olduğu kimi variantlar var, Belarusda, Rusiyada, Qazaxıstanda olan variantlar var. Hər şey bu və ya digər dövlətdə böhranın konkret formatından asılıdır. Qərarlardan buna əsasən qəbul olunur”.

Hər halda Azərbaycanın nəhayətdə Rusiya ilə bağlı siyasətinin bu mərhələyə qədər ifşa olunacağı şübhəli deyildi. Artıq ruslar rəsmən kimdən yana olduqlarını ortaya qoyurlar. əgər dünənə qədər, yəni 1-ci Qarabağ savaşı zamanı Rusiya qeyri-rəsmi olaraq erməni səngərində yer almışdısa, indi bu məsələni də rəsmiləşdiriblər.

Onu da bildrək ki, artıq Bakıdan Bordyujaya etriazlar gəlməkdədir. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja səlahiyyətlərindən kənar bəyanatlar verir”. Bunu millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib.

"Belə təəssürat yaranır ki, Bordyuja rəhbəri olduğu təşkilatın nizamnaməsindən xəbərsizdir. KTMT üzv ölkələrin təhlükəsizliyini qorumaq üçündür, Dağlıq Qarabağ isə Ermənistanın ərazisi deyil. Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda Ermənistanın yaratdığı oyuncaq "Dağlıq Qarabağ Respublikası" bu gün nəinki dünya, heç Ermənistanın özü tərəfindən də tanınmır", - o deyib.

Mirzəzadə bildirib ki, dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və danışıqlar da bu gün işğal olunmuş ərazinin qondarma rəhbərliyi ilə Azərbaycan arasında deyil, məhz Azərbaycanla Ermənistan arasında gedir.

"Ona görə də dəfələrlə KTMT-yə üzv ölkələrin, eləcə də təşkilatın rəhbərləri bildiriblər ki, söhbət Ermənistanın təhlükəsizliyindən gedir", - o deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan dünya tərəfindən tanınmış sərhədlərindən bir qarış da kənara çıxmaq fikrində deyil.

"Mən təəssüf edirəm ki, Rusiya kimi nəhəng bir ölkənin nümayəndəsi bu gün rəhbəri olduğu təşkilatın nizamnaməsindən kənar bəyanatlar verir. Dağlıq Qarabağ Azərbaycanın Ermənistan tərəfdən işğal olunmuş torpağıdır", - Mirzəzadə deyib.

O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün iki yolu var - diplomatik danışıqlar və hərb yolu. Azərbaycan bu gün hər iki yolun üzərində fəal surətdə işləyir və düzgün saydığı variantı qəbul edəcək.

"Bordyuja verdiyi bəyanata görə Azərbaycandan üzr istəməlidir. KTMT-nin rəhbəri üzv dövlətin işğalçılıq siyasətinə dəstək verirsə, buna qəti etiraz bildirmək lazımdır", - Mirzəzadə əlavə edib.

Millət vəkili Fazil Mustafa isə bildirib ki, Azərbaycan bütün məsələləri ciddi araşdırdıqdan sonra hər hansı bir addımı atır.

"Kimin Ermənistan tərəfindən hansı çıxışı edəcəyi artıq 20 il ərzində bizə bəlli olub. Bu cür bəyanatların heç bir mənası yoxdur. Hazırlığımızı yüksək səviyyədə aparıb, müharibə zərurəti olarsa, həlledici zərbə vurmalıyıq. Kim dəstək verir, kim vermir, bunu düşünsək, gərək heç bir addım atmayaq. Ermənistanın cavabı nə vaxtsa verilməlidir, onları himayə edən dövlətlər müxtəlif vasitələrlə Ermənistana kömək göstərməyə çalışacaqlar. Azərbaycan da özünə müttəfiqlər tapmağı düşünməlidir. Yalnız Türkiyə yetərli deyil", - Mustafa bildirib.


Geri qayıt