Əsas Səhifə > Ölkə > RAMİZ ZEYNALOV ZİYA MƏMMƏDOVA “İLİŞİR”

RAMİZ ZEYNALOV ZİYA MƏMMƏDOVA “İLİŞİR”


21-02-2012, 13:33
RAMİZ ZEYNALOV ZİYA MƏMMƏDOVA “İLİŞİR”

DYP AVTOBUS SÜRÜCÜLƏRİNƏ QARŞI REYDLƏRƏ BAŞLADI

Yol Polisi Bakıda avtobus sürücülərinə qarşı reydlərə başlayıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, idarə rəhbərliyinin əmri ilə bu məqsədlə xüsusi qruplar yaradılıb.

Qruplar paytaxtın müxtəlif ərazilərində avtobus dayanacaqlarında reydlər keçirir. Yol hərəkəti qaydalarını pozan, qəza şəraiti yaradan avtobus sürücülərinə qarşı ciddi intizam tədbirləri tətbiq olunur.

Əsədov deyib ki, son zamanlar paytaxtda avtobus sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, yol qəzalarının sayının artması müşahidə olunur.

Qeyd edək ki, dünən axşam Nizami rayonu ərazisində qeydə alınan yol qəzasında sərnişin avtobusu aşıb, nəticədə 1 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Geri qayıt