Əsas Səhifə > Güney Press, Araşdırma > NABUCCO ÖLDÜ!!! YAŞASIN NABUCCO-WEST!!!

NABUCCO ÖLDÜ!!! YAŞASIN NABUCCO-WEST!!!


21-02-2012, 12:29
NABUCCO ÖLDÜ!!! YAŞASIN NABUCCO-WEST!!!

İNDİ DƏ YENİ PROJE TƏKLIF EDILIR

Azərbaycan tərəfi bu yaxınlarda Nabucco konsorsiumu iştirakçılarından yeni təkliflər alıb. Bu barədə Turan-a "Şahdəniz" layihəsi üzrə konsorsiumda bildiriblər.

Yeni təkliflər əsasən kəmərin uzunluğu ilə bağlıdır. "Əgər əvvəllər onlar kəməri Türkiyənin şərqindən başlamaq istəyirdilərsə, yenilənmiş variantda kəmər Türkiyə-Bolqarıstan sərhədindən başlayır və Avstriyada Baumqarten qaz xabında başa çatır", - deyə agentliyin müsahibi bildirib.

Nabucco iştirakçıları yeni variantı Nabucco-West adlandırıblar.

"Şahdəniz" layihəsi üzrə konsorsiumda bildiriblər ki, yeni variantda "dəqiq öyrənilməli bir çox məsələlər var" və buna vaxt lazımdır.

Qeyd edək ki, bu təklifi Aİ-nin Trans Anadolu ilə Nabucco-nun bir hissəsini birləşdirmək çağırışı kimi qəbul etmək olar.


Geri qayıt