Əsas Səhifə > Hadisə > AMERİKALININ EVİNİ YARAN ŞƏXS YAXALANDI

AMERİKALININ EVİNİ YARAN ŞƏXS YAXALANDI


21-02-2012, 12:06
AMERİKALININ EVİNİ YARAN ŞƏXS YAXALANDI

CANİDƏN MARİXUANNA DA TAPILIB

Azərbaycan paytaxtında ABŞ vətəndaşının evini qarət edən şəxs həbs edilib.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Rafiz Rüstəmovdan 450 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, R. Rüstəmov ötən il dekabrın 13-də B.Sərdarov küçəsində yaşayan ABŞ vətəndaşı Mac Kenze Patrisanın mənzilinə aldatma yolu ilə daxil olaraq oradan 50 manat və şəxsi sənədlər oğurlayıb.


Geri qayıt