Əsas Səhifə > Cəmiyyət > İRANDAN ERMƏNİSTANA KÖÇ BAŞLAYIB

İRANDAN ERMƏNİSTANA KÖÇ BAŞLAYIB


20-02-2012, 13:59
İRANDAN ERMƏNİSTANA KÖÇ BAŞLAYIB

İRƏVANA 400 İRANLININ KÖÇ EDƏCƏYİ BİLDİRİLİR

“Media forum” saytı xəbər verir ki, Türkiyənin ermənilərə məxsus “Agos” saytı İranda mümkün müharibə məlumatlarının Ermənistanın əmlak bazarındakı qiymətlərə ciddi təsir göstərdiyini yazıb. Saytın məlumatına görə, mümkün müharibə nəticəsində Ermənistan Respublikasına 200 mindən 400 min nəfərə yaxın iranlının sığınacağı təxmin edilir.

Ermənistan Sosioloqlar Assosiasiyasının rəhbəri Gevorq Poqosyan “Agos”a açıqlamasında İrandan Ermənistana axın başladığını deyib: “İrandakı sərmayə sahibləri və ziyalılar ölkədəki həssas duruma qarşı tədbir görməyə başlayırlar. Bu iki zümrədən Ermənistana köçənlər var”.

Ermənistan Əmlak Bazarı Evinin rəhbəri Artyom Pribilski ölkədəki daşınmaz əmlak bazarında iranlıların fəallığının onqat artdığını bəyan edib: “İranda vəziyyət gərginləşsə, Ermənistanda daşınmaz əmlak qiymətləri kəskin yüksələcək”.


Geri qayıt