Əsas Səhifə > Ölkə, Manşet > İRAN YENİDƏN AZƏRBAYCANI İTTİHAM EDİR

İRAN YENİDƏN AZƏRBAYCANI İTTİHAM EDİR


20-02-2012, 13:20
İRAN YENİDƏN AZƏRBAYCANI İTTİHAM EDİR

DOSTUMUZ KİMİ TƏQDİM OLUNAN İSRAİL İSƏ SƏFƏRLƏRİ TƏXİRƏ SALIR

DİA.AZ: - Fars News agentliyi bildirib ki, Azərbaycan “Mossad”ın şərti adı “Cavidan”olan agentini gizlədir. Belə ki, o, İranda nüvə üzrə alimlərin məhv edilməsinə bağlılıqda ittiham olunur.

Agentliyin məlumatına görə, bu adam yəhudidir, bir neçə iranlı alimin, həmçinin Məsud Əli Məhəmmədi və Mustafa Əhmədi Rövşənin qətlində iştirak edib.

Fars News İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) nəzarəti altındadır və onun məlumatları rəsmi Tehranın fikirlərini əks etdirir.

Fevralın 13-də Tehran Bakını “İrana qarşı qeyri-dost hərəkətlərə son qoymağa” çağırıb. Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İran XİN-ə çağırılıb. “İranlı alimlərin qətlində əli olanların Azərbaycan ərazisinə irəliləməsi və “Mossad”ın yardımı ilə Tel-Əvivə getməsi ilə əlaqədar Azərbaycan səfirinə qəti etiraz bildirilib”, - İran XİN-in nümayəndəsi qeyd edib.

Fevralın 13-14-də Azərbaycanın rəsmi şəxsləri və deputatları iranlı fizik-alimlərin məhv edilməsində İsrail kəşfiyyatına guya rəsmi Bakının yardım göstərməsi barədə Tehranın ittihamlarını rədd ediblər.

Öz növbəsində Azərbaycan nümayəndələri İranı öz agenturası vasitəsilə Azərbaycanda təxribat fəaliyyəti ilə məşğul olmaqda ittiham edib.

Qalmaqalın qızışmasına Britaniyanın London Times nəşrində dərc edilmiş məlumat səbəb olub. Belə ki, məlumatda bildirilib ki, Azərbaycanda İsrailin “Mossad” təşkilatının onlarla agenti fəaliyyət göstərir. Bu barədə “Mossad”ın şərti adı “Şimon” olan hansısa agenti bildirib.

Bu il yanvarın 11-də Tehranda terror aktı nəticəsində Natanz nüvə mərkəzinin əməkdaşı 32 yaşlı Mustafa Əhmədi Rövşən həlak olub. Naməlum şəxslər onun avtomobilinin qapısına partlayıcı qurğu qoyublar. 2010-cu ilin əvvəlindən İranın paytaxtında nüvə texnologiyası sahəsində çalışan üç alim oxşar ssenari üzrə öldürülüb. İranın rəsmi şəxsləri Amerika və İsrailin xüsusi xidmətlərini bu cinayətlərə bağlılıqda ittiham edir.

Bazar ertəsi İsrailin İzrus saytı bildirib ki, ŞABAK (əks-kəşfiyyat) təhlükəsizlik xidməti ötən həftənin sonunda İsrailin dövlət qulluqçularının Xəzəryanı regiona səfərinə qadağa qoyub.Bu səbəbdən əvvəlcədən planlaşdırılmış səfərlər, o cümlədən Azərbaycan və Qazaxıstanda mühüm danışıqlar təxirə salınıb. Bu qadağa terror dalğası və son günlər İsrail vətəndaşlarına və Hindistan, Gürcüstan, Tailandda İsrail nümayəndəliklərinə qarşı terror cəhdləri ilə bağlıdır. Bundan əvvəl Azərbaycanda da terror aktlarının qarşısı alınıb. Bütün bu cəhdlərdə İsrail İranı ittiham edib.


Geri qayıt