Əsas Səhifə > Cəmiyyət > MƏHBUS BLOGGERLƏ BAĞLI ANLAŞILMAZLIQ

MƏHBUS BLOGGERLƏ BAĞLI ANLAŞILMAZLIQ


20-02-2012, 12:39
MƏHBUS BLOGGERLƏ BAĞLI ANLAŞILMAZLIQ

BƏXTİYAR HACIYEVİN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Bakı Apellyasiya Məhkəməsi gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə prosesi təxirə salıb. Fevralın 20-də keçiriləsi prosesin təxirə salınmasına Bəxtiyar Hacıyevin məhkəməyə gətirilməməsi səbəb olub. Vəkil İntiqam Əliyev “Media forum” saytına deyib ki, Bəxtiyar Hacıyevin prosesə gətirilməməsi Penitensiar Xidmətlə Bakı Apellyasiya Məhkəməsi arasında anlaşılmazlığın nəticəsidir.

ABŞ-ın Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev 2011-ci ilin martında Gəncədə tutulub və 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. Penitensiar Xidmətin Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

2011-ci ilin dekabrında Qaradağ Rayon Məhkəməsi Bəxtiyar Hacıyevin vaxtından əvvəl azadlığa buraxılmasına dair müraciətini təmin etməyib. Bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib.

Vəkil İntiqam Əliyev “Media forum” saytına deyib ki, apellyasiya şikayətinə baxış fevralın 27-nə keçirilib.


Geri qayıt