Əsas Səhifə > Şou-biznes > SAMRİNA ÖZÜNƏ YENİ MENECER SEÇİB

SAMRİNA ÖZÜNƏ YENİ MENECER SEÇİB


20-02-2012, 12:18
SAMRİNA ÖZÜNƏ YENİ MENECER SEÇİB

CEYHUN BAŞQA MÜĞƏNNİ İLƏ DƏ ÇALIŞIR

Gənc müğənni Samrina bu gündən etibarən bir neçə müğənni ilə çalışmış menecer Ceyhun Məhərrəmov ilə iş birliyinə başlayıb.

Ceyhunun verdiyi məlumata görə, o, Samrinadan öncə Günay İbrahimli ilə işləyib.

Menecer tək Samrina ilə kifayətlənməyərək eyni zamanda Leyla Ramazanlının da mətbuat katibidir. Ceyhun Samrina ilə iş birliyinin uğurlu olacağına inanır.

Ceyhun Samrinanın yeni işləri haqda da məlumat verib: “Musiqisi Pərviz Mahmudov, sözləri Aygün İsmayılovaya məxsus olan “Gedirəm” adlı yeni mahnını bir neçə gündən sonra radio dinləyicilərinin öhdəsinə buraxacağıq. Artıq mahnı internet saytlarında yayımlanıb”.

Ceyhun Məhərrəmov onu da qeyd edib ki, Samrina mart ayında yeni mahnı ilə dinləyicilərin qarşısına çıxacaq.


Geri qayıt