Əsas Səhifə > Sosial, Manşet > ƏHƏD ABIYEV RƏQİBİNƏ 2-Cİ DƏFƏ UDUZDU

ƏHƏD ABIYEV RƏQİBİNƏ 2-Cİ DƏFƏ UDUZDU


20-02-2012, 12:10
ƏHƏD ABIYEV RƏQİBİNƏ 2-Cİ DƏFƏ UDUZDU

MASALLIDAKI OLAYLARA GÖRƏ KEÇMİŞ DEPUTATI MÖHKƏMCƏ DANLAYIBLAR

DİA.AZ: - Bir müddət əvvəl Masallıdan olan bir qrup ziyalı Bakıda mətbuat konfransı keçirərək, rayonda vəziyyətin dözülməz olduğunu bəyan etdilər. Məmmədağa Eynullayevin rəhbərliyi altında keçirilən tədbirdə o da deyilirdi ki, Masallının icra başçısı Qəzənfər Ağayev qeyri-qanuni işlərlə məşğuldur və bunun qarşısını almaq üçün onlar addım atmağa hazırlaşırlar. Sonradan həmin YAP-çı ziyalı kontingenti hətta aclıq aksiyasına da əl atdılar ki, nədənsə həmin aksiya səsbəbsiz şəkildə durduruldu.

Hər halda aksiyaya nədən olan problemlər aradan qaldırılmadı. Bu isə şübhələrin artmasına nədən oldu. Məlum oldu ki, sən demə, işin içində iş var imiş. Bu barədə az sonra...

Bildirək ki, hal hazırda Masallıda xəbər yayılıb ki, M.Eynullayev və onun adamları yürüş keçirmək fikrindədirlər. Bunun üçün hazırlıq görüldüyünə dair iddialar da var. Amma prosesin içində başqa birilərinin olması isə qısa müddətdə bəlli olub.

Etibarlı mənbələrdən “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia.az) daxil olan məlumatda deyilir ki, Masallıda Qəzənfər Ağayevə qarşı aparılan kampaniyanın arxasında bir zamanlar bu rayonun deputatı olmuş, hazırda isə Daşkəsənin icra başçısı işləyən Əhəd Abıyevdir. Mənbə bildirir ki, M.Eynullayevlə yaxşı münasibətləri olan Ə.Abıyev onunla razılaşaraq, icra başçısı Qəzənfər Ağayevin əleyhinə kampaniyaya başlanmasına qol qoyub. Bunun ardından da M.Eynullayev Abıyevin rayondakı adamlarının bir qismini başına yığaraq, hərəkətə keçib.

Mənbə bildirir ki, Daşkəsənin icra başçısının həmkarına qarşı belə bir addım atmasının səbəbi xeyli əvvəldən aralarında yaranmış problemlərdir. Belə ki, Əhəd Abıyevin adamları iddia edir ki, onun deputat seçilməsini əngəlləyən şəxs məhz Qəzənfər Ağayev olub. Bundan başqa, Abıyevin yaxın adamlarının işdən çıxarılması və onlara problem yaradılmasının da günahkarı olaraq Masallının icra başçısı hədəf göstərilir.

Bir müddət əvvələ kimi, yəni Daşkəsənə icra başçısı təyin olunana qədər sözügedən şəxsin məsələ ilə bağlı susması mövqelərinin zəif olması ilə izah olunur. Əlinə keçən imkandan sonra isə artıq «müharibə»yə başlaması isə onu göstərir ki, Masallıda vəziyyət getdikcə daha da pisləşə bilər. Çünki Abıyevin faktiki olaraq rayonda adamları var və onlar vaxtaşırı bu cür addımlar ataraq, Qəzənfər Ağayevə qarşı kampaniyalar təşkil edəcəklər.

Bu əsnada o da məlum olub ki, Masallıda baş verən proseslərin mətbuatda işıqlandırılması üçün də Əhəd Abıyevin bəzi işlər görüb. Daha doğrusu, o, özünə yaxın bildiyi mətbuat orqanlarına tapşırıq verib ki, bu barədə heç nə yazmasınlar. Mənbənin sözlərinə görə, Daşkəsənin icra başçısı belə bir addım atmaqla, hədəfdən yayınmaq istəyib və özünü gizlətməyə çalışıb.

Redaksiyamıza daxil olan son məlumatlardan isə Masallıda baş verən son olayların sakit şəkildə durdurulmasının sirrləri açılıb. Bu barədə redaksiyamızı bilgiləndirən qaynaq iddia edir ki, Masallıdakı etiraz aksiyalarının arxasında Əhəd Abıyevin dayanması hakimiyyətin də qulağına çatıb və bundan sonra sabiq deputat ciddi şəkildə danlanıb:

“Əhəd Abıyevə təcili şəkildə adamlarını geri çəkmək göstərişi verilib. Və Daşkəsənin başçısı da geri çəkilməli olub”. Mənbəmiz bu olayı Əhəd Abıyevin Qəzənfər Ağayev qarşısında ikinci məğlubiyyəti kimi dəyərləndirib.

Geri qayıt