Əsas Səhifə > Gündəm, Manşet > KƏRƏM HƏSƏNOV FƏRHAD ƏLİYEVDƏN ÜZR İSTƏYİB

KƏRƏM HƏSƏNOV FƏRHAD ƏLİYEVDƏN ÜZR İSTƏYİB


20-02-2012, 11:49
KƏRƏM HƏSƏNOV FƏRHAD ƏLİYEVDƏN ÜZR İSTƏYİB

KEÇMİŞ NAZİRƏ MƏKTUB YAZAN KOMİTƏ SƏDRİ NƏDƏN TƏLAŞ KEÇİRİR?

DİA.AZ: - «Əmlak Məsələlir üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov yaxın günlərdən vəzifəsini itirə bilər». Bu məlumatı redaksiyamıza Nahzirlər Nabinetindəki məlumatlı mənbə verib. Qaynağın “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia.az) bildirdiklərindən belə aydın olur ki, hakim düşərgəyə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin adamı kimi qədəm qoyan, sonradan isə Fərhad Əliyevə asi olan bu adam elə Fərhad Əiyevin də güdazına gedir. Mənbəmiz bildirir ki, bu günlərdə baş verən bir olay komitə sədrini bitiriə bilər.

Redaksiyamızı bilgiləndirən qaynaq bildirir ki, Kərəm Həsənov neçə müddət imiş ki, Fərhad Əliyevin yaxınları ilə münasibət qurub: «Hətta bir neçə dəfə «bunlar Fərhad Əliyevə çatacaq» deyib bir neçə dəfə keçmiş nazirə çox ciddi məöləğdə yardım da yollayıb. Ola bilsin ki, Kərəm Həsənovun insanlığı tutub və yaxud da Fərhad Əliyevin qarşısında günahını yumağa çalışır. Amma istənilən halda bu olay komitə sədrinin əleyhinə iləyib».

Mənbəmiz bildirir ki, keçən həftə Kərəm Həsənov Fərhad Əiyevə türməyə sovqat da yollayıb: «Həmin sovqata keçmiş nazirin çox sevdiyi qoz mürəbbəsi və çox baha qiymətə olan idman geyimi, qalın sviter və İtalyan firmasının istehsalı olan dəri gödəkçə daxil idi. Sovqat Fərhad Əliyevin azadlıqda olan qardaşlarından birinin araçılığı ilə keçmiş nazirə çatdırılıb və komitə sədri hətta Fərhad Əiyevə məktub da yazıb. Həmin məktubda Fərhad Əliyvə çox isti sözlər yazılıb və komitə sədri 2005-ci il olaylarına da «aydınlıq» gətirməyə çalışıb».

Məlumata görə, Kərəm Həsənov keçmiş nazirə məktubunda bildirib ki, o, 2205-ci ildə yalnız özünü qoruya bilərdi: «Məktubda təxminən belə cümlələr işlənib: «Sizin taleyiniz artıq həll olunmuşdu. Mən də özümü qorumalı idim. İnanıram ki, siz də mənim kimi hərəkət edərdiniz. Və mənim sizi həbsinizə etiraz etməm heç nəyi dəyişməyəcəkdi». Hər halda, bu ifadələr ən azından komitə sədrinin üzrxahlığı kimi qəbul edilməlidir».

Mənbəmiz bildirir ki, daha sonra Fərhad Əliyevə yazdığı məktubunda Kərəm Həsənov həmpin dönəmdə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qarşısında dayanmağın mümkünsüzlüyündən də yazır: «Məktubda deyilir: «Kəmaləddin Heydərov, Ramiz Mehdiyev və başqaları sizin əleyhinizə idi. Mən kim idim ki, onların əleyhinə gedəm. İndi də məni «vurmaq» istəyirlər. Sizə olan münasibətimi indi də qorumağım onları narahat eldib». Bu ifadələr isə Kərəm Həsənovun tam ifşası kimi qəbul edilməlidir».

Mənbəmiz əslində Kərəm Həsənovun belə bir fikirləri ifadə etməsini təbii qəbul edir: «Görünür ki, Kərəm Həsəovun durumu ağırdır. Əks halda o, bilə-bilə ki, məktubu yad əllərə keçə bilər, bu şəkildə açıq hərəkət etməzdi. Deməli, komitə sədri hansısa mənada üzərinə hücumların ediləcəyini təxmin edir və belə bir şəraitdə onun keçmiş nazirə sığınması təbii hal kimi qəbul edilməlidir».

Mənbəmiz onu da bildirdi ki, bu günlərdə fövqaləda hallar naziri Kəmaləddin Heydərovun komitə sədrinə qarşı yeni hücum planı hazırlanması xəbəri də yayılmışdı: «Deməli, bu məsələlər reallaşmaq üzərədir. Kəmaləddin Heydərov artıq Kərəm Həsənova ehtiyac duymur. Nə Fərhad Əliyev var, nə də belə bir təhlükə».

Bir başqa qaynaqlar isə Kərəm Həsənovun Fərhad Əliyevə məktub yazmasını tamam fərqli səbəblərlə ələqaləndirirlər: «Fərhad Əiyevin bu günlərdə azadlığa çıxma ehtimalları olduqca yüksəkdir. Hətta rəsmi Bakı bununla bağlı beynəlxalq təşkilatlar qarşısında konkret öhdəlik də götürüb. Ola bilsin ki, belə bir «təhlükəli» azadlıq Kərəm Həsənovu indidən narahat edib. Kərəm Həsənov bilir ki, Fərhad Əliyev azadlığa çıxır. və keçmiş nazir mütləq şəkildə komitə sədri ilə haqq-hesab çəkəcək. Belə bir şəraitdə Kərəm Həsənovun məlum məktubu çıxış yolu kimi ən uğurlu variantdır».


Geri qayıt