Əsas Səhifə > Cəmiyyət > TƏHSİL NAZİRLİYİNİN DƏRNƏKLƏRİ FƏALİYYƏT GÖSTƏRMİRMİŞ
TƏHSİL NAZİRLİYİNİN DƏRNƏKLƏRİ FƏALİYYƏT GÖSTƏRMİRMİŞ18-02-2012, 11:16 |
BUNU NAZİRLİYİN ÖZÜ MÜƏYYƏN EDİB Maliyyə Nazirliyi apardığı yoxlamalar zamanı Təhsil Nazirliyinin tabeliyindəki məktəbdənkənar müəssisələrin dərnəklərinin xeyli hissəsinin fəaliyyət göstərmədiyini müəyyən edib. Bu barədə şənbə günü Trend-ə də Maliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan monitorinqlər zamanı Təhsil Nazirliyinin rayon və şəhər təhsil şöbələrinin tabeliyindəki məktəbdənkənar müəssisələrdə dərnəklərin fəaliyyəti, habelə həmin dərnəklərdə şagirdlərin davamiyyəti üzrə dərnəklərin xeyli hissəsinin fəaliyyət göstərmədiyi müəyyən edilib. Maliyyə Nazirliyinin apardığı yoxlamalardan sonra bu barədə müvafiq təhsil şöbələrinə məlumat verilib. Nazirliyin bu məlumatından sonra təhsil şöbələri tərəfindən fəaliyyət göstərməyən dərnəklər üzrə əməkhaqqlarının əsassız olaraq ödənilməsi nöqsanların aşkar olunduğu tarixdən etibarən dayandırılıb. Eyni zamanda, yoxlama nəticələri ilə bağlı Təhsil Nazirliyinə müvafiq məktub göndərilib. Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov isə şənbə günü Trend-ə bildirib ki, yoxlamaların nəticələri barədə onda hələ rəsmi məlumat yoxdur. Amma o, dərnəklərin bağlanılmasını da düzgün hesab etməyib. Şöbə müdirinin fikrincə, bu, gələcək nəsillərin tərbiyəsi üçün çox ciddi problem yarada bilər. Ağababa İbrahimov bir müddət əvvəl Trend-ə müsahibəsində bildirmişdi ki, hazırda şagirdlərin 25-30 faizi bu qurumun məktəbdənkənar təhsil müəssisələrindəki dərnəklərə cəlb olunub. Şagirdlərə müxtəlif sahələr aid olan 100-dən çox dərnək təklif olunur. Geri qayıt |