Əsas Səhifə > Şou-biznes > KEÇMİŞ PRODÜSER YENİ İŞƏ BAŞLAYIB

KEÇMİŞ PRODÜSER YENİ İŞƏ BAŞLAYIB


17-02-2012, 13:31
KEÇMİŞ PRODÜSER YENİ İŞƏ BAŞLAYIB

RƏQSANƏDƏN SONRA GÜNAY İBRAHİMLİ

Populyar müğənni Rəqsanənin eks-prodüseri Təranə Səmədova birdən-birə iki ifaçı ilə işə başlayıb.

O, eyni vaxtda həm Nazəninin, həm də gənc ifaçı Günay İbrahimlinin prodüserliyini edəcək.

"Bir müddət əvvəl Nazənin xanımdan əməkdaşlıq təklifi aldım və qəbul etdim. Sonradan Günay da mənə müraciət etdi. Günay mənimlə işləməyi çoxdan istəyirdi - hələ mən Rəqsanənin prodüseri olduğum dövrdə. Sonda qarşılıqlı razılaşma əsasında hər iki ifaçı ilə işləmək qərarına gəldim. Sadəcə, özümə qarşı böyük diqqətdən yorulduğum üçün bunu yaymaq istəmədim", - deyə Təranə Səmədova bildirib.


Geri qayıt