Əsas Səhifə > Hadisə > FÜZULİ ƏLƏKBƏROVUN SƏRT ÜZÜ

FÜZULİ ƏLƏKBƏROVUN SƏRT ÜZÜ


17-02-2012, 13:28
FÜZULİ ƏLƏKBƏROVUN SƏRT ÜZÜ

NAZİR ŞİKAYƏTLƏRƏ GÖRƏ 30 NƏFƏRİ İŞDƏN QOVUB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əhali tərəfindən edilən əsaslı şikayətlərlə bağlı 30-dək əməkdaş işdən çıxarılıb.

“APA-ECONOMICS”in məlumatına görə, bu barədə jurnalistlərə nazirliyin aparat rəhbərinin müavini Elnur Kələntərli bildirib.

Onun sözlərinə görə, belə şikayətlərlə bağlı töhmət verilən əməkdaşlar da olub: “Nazirlik hər bir şikayəti yerində araşdırır. Araşdırma zamanı bir çox şikayətlərin əsassız olduğu müəyyən edilir. Amma əsaslı şikayətlər də olur. Bəzən üzə çıxır ki, həqiqətən yerlərdə hansısa məmurlarımız tərəfindən vətəndaşların hüquqları pozulub”.

E.Kələntərli deyib ki, bundan sonra da əhalinin şikayətlərinin yerində araşdırılması davam etdiriləcək: “Gələn həftə Tovuz rayonunda vətəndaşların qəbulu keçiriləcək”.


Geri qayıt