Əsas Səhifə > Dünya > NOBEL MÜKAFATÇILARI BƏLLİ OLDU

NOBEL MÜKAFATÇILARI BƏLLİ OLDU


3-10-2011, 15:08
NOBEL MÜKAFATÇILARI BƏLLİ OLDU

3 NƏFƏRİN HƏRƏSİNƏ 1,4 MİLYON DOLLAR ÇATACAQ

Stokholmda fiziologiya və tibb üzrə Nobel mükafatının laureatları elan edilib.

“Qafqazinfo”nun məlumatına görə, dəyəri 10 milyon isveç kron (təxminən 1,4 milyon ABŞ dolları) olan mükafatla anadangəlmə immunitetin aktivləşməsinin öyrənilməsinə görə üç alim təltif edilib. Laureatların Bryus Byotler, Jül Hoffmann və Ralf Şteynman olduğu xəbər verilir. Laureatların mükafatlandırılması mərasimi dekabrın 10-da keçiriləcək.

Geri qayıt