Əsas Səhifə > Siyasət, Manşet > NARDARANDA KÜTLƏVİ HƏBSLƏR BAŞLADI

NARDARANDA KÜTLƏVİ HƏBSLƏR BAŞLADI


17-02-2012, 13:24
NARDARANDA KÜTLƏVİ HƏBSLƏR BAŞLADI

AXTARIŞLAR GECƏ SAAT 1 RADƏLƏRİNDƏN SƏHƏRƏ KİMİ DAVAM EDİR

Bir həftədir ki, Nardaranda kütləvi həbslər gedir. Bunu Turan-a kənd ağsaqqalı Natiq Kərimov bildirib.

Onun sözlərinə görə, axtarışlar gecə saat 1 radələrindən səhərə kimi davam edir. Axtarışı aparanlar MTN-dən axtarış üçün icazə alınması barədə sənədləri təqdim edirlər. Axtarışa gələnlərin davranışında hər hansı kobudluq olmur və axtarış qanun çərçivəsində gedir. İndiyə kimi təqribən 15-ə yaxın şəxs aparılıb. Onlardan 1-2 nəfəri buraxılıb. Buraxılanlar ən çox evlərdə silah olması ilə bağlı sorğulara məruz qalıblar.

Saxlanılanlar arasında adı MTN-in bu yaxınlarda verdiyi bəyanatda İranın Azərbaycanda terror hazırlaması ittihamında keçən, özü uzun müddətdir ki, İranda yaşayan Balaqardaş Dadaşovun bacısı oğlu da var. Həbs edilənlərin demək olar ki, hamısı gənclərdir və onlar vəkillə təmin edilməyiblər.

“Hələlik bu saxlanmaların əsl səbəbi bəlli deyil. Ancaq ehtimal etmək olar ki, bu İranın terror məsələsilə bağlı ola bilər. Görünür, kimlərsə yenə terror hazırlığında ittiham edilə bilər və ya “Səid Dadaşbəylinin dəstəsi” kimi qrup şəkilində həbsə alına bilər”, - N.Kərimov qeyd edib. Maraqlı olan budur ki, həbs edilənlərin doğmaalrı bu haqda danışmaq isətmirlər.

Geri qayıt