Əsas Səhifə > Dünya > YAPONİYADA 100-DƏN ARTIQ İNSAN SOYUQDAN DONUB

YAPONİYADA 100-DƏN ARTIQ İNSAN SOYUQDAN DONUB


17-02-2012, 13:12
YAPONİYADA 100-DƏN ARTIQ İNSAN SOYUQDAN DONUB

ANOMAL ŞAXTALI QIŞ SƏRT ÜZÜNÜ GÖSTƏRİR

"Novosti" xəbər verir ki, son bir neçə gündə şaxtalı hava nəticəsində 103 nəfər dünyasını dəyişib. Ölənlərin əksəriyyəti evinin damını qardan təmizləyərkən sürüşərək yıxılanlardır. Onların 67-si yaşı 65-dən çox olan insanlardır.

Qeyd edək ki, yanvarın sonu, fevralın əvvəlində Yaponiyaya rekord miqdarda qar yağıb. Bəzi yerlərdə qarın hündürlüyü 1,5 metrdən 3 metrədək olub. Bu, orta illik normadan 2-3 dəfə çoxdur.


Geri qayıt