Əsas Səhifə > Ölkə > “AZƏRBAYCANDA YAZI YAZA BİLMƏYƏN BƏLƏDİYYƏ SƏDRLƏRİ VAR”
“AZƏRBAYCANDA YAZI YAZA BİLMƏYƏN BƏLƏDİYYƏ SƏDRLƏRİ VAR”17-02-2012, 12:57 |
KMİ-DƏN SƏRT İTTİHAM “Azərbaycanda bələdiyyələrin fəaliyyəti lazımi səviyyədə deyil. Bələdiyyə üzvlərinin özlərinin hüquqları barədə məhdud məlumatları var. Hətta onlara gəlir mənbələrini sadaladıqda bunu təəccüblə qarşılayırlar. Bunun əsas səbəblərindən biri budur ki, bələdiyyə üzvü seçilmək üçün ali təhsil olması tələb edilmir. Hətta Azərbaycanda adi yazı yaza bilməyən bələdiyyə sədrləri var. Şəxsən özüm bununla rastlaşmışam”. APA-nın xəbərinə görə, bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı, böyük prokuror Pərvin Quliyev “Mənzil Kommunal sektorda şəffaflığın artırılması” adlı ictimai dinləmədə çıxışında deyib. P. Quliyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 2011-ci ildə yaradılan “qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlərin faiz etibarilə böyük hissəsinin bələdiyyələr və yerli icra hakimiyyətləri ilə bağlı olduğunu deyib. İdarə əməkdaşı cari ilin müvafiq dövründə də müraciətlərin çoxunun bələdiyyə bağlı olduğunu açıqlayıb. Geri qayıt |