Əsas Səhifə > Cəmiyyət, Manşet > MALİYYƏ NAZİRLİYİ “BANK OF BAKU”NU YOXLAYIR
MALİYYƏ NAZİRLİYİ “BANK OF BAKU”NU YOXLAYIR16-02-2012, 17:50 |
MÜFƏTTİŞLƏR BANKIN SƏNƏDLƏRİNDƏ CİDDİ NÖQSANLAR AŞKARLAYIBLAR DİA.AZ: - İranın xüsusi xidmət orqanları ilə yaxınlığı şübhə doğurmayan və hətta bu barədə «Vikiliks» təşkilatının sənədlərində də xüsusi ittiham hədəfinə çevrilən «Bank of Baku»nun fəaliyyətinə qadağa qoyula bilər. Bu barədə «Dünya» İnformasiya Agentliyinə (dia-az.site) hökumət içindəki bilgili qaynaqlar xəbər verib. Məlumatlara görə, «Bank of Baku»nun «vurulması» prosesi «yuxarıların» iradəsi əsasında baş tutub. Xatırladaq ki, bu bankın adı fars-molla rejiminin istiqbarat təşkilatları ilə qoşa çəkilir və ABŞ-ın Azərbaycandakı keçmiş səfirlərindən olan xanım Enn Dörsi tərəfindən sözügedən ölkənin Dövlət Departamentinə ünvanlanmış məxfi qrfili sənədlərdə də bildirilirdi ki, «Bank of Baku»nun araçılığı ilə hər ay İrana aid 5 milyon dollar həcmində vəsait «yuyulur». Məlumatlı mənbə isə redaksyamıza bildirib ki, artıq iki gündür ki, Maliyyə Nazirliyinin müfəttişləri Mərkəzi Bankın ekspertlərinin iştirakı ilə «Bank of Baku»da yoxlama işləri həyata keçirirlər: «Təbii ki, hansısa bankın maliyyə təftişinə uğraması sıradan hadisə hesab oluna bilməz. Xüsusən də Azərbaycan kimi ölkələrdə. Əgər artıq belə bir addım atılırsa, deməli, prosesi konkret, qabaqcadan düşünülmüş nəticəyə varılana qədər inkişaf edəcək». Mənbəmiz onu da bildirdi ki, «Bank of Baku»nu himayə edən yerli Bakı məmurları belə prosesin qarşısını almaqda acizdirlər: «Çünki məsələdə yuxarıların xeyir-duası alınıb. Və ilkin təftiş zamanı bankın müvafiq əməliyyatlarında kifayət qədər sənəd çatışmamazlığı ortaya çıxıb». Onu da bildirək ki, «Bank of Baku» İranın xüsusi xidmət orqanlarına məxsus çirkli pulların təmizə çıxarılması ilə yanaşı, yerli mühitdəki qara pulların yuyulmasında da, şübhəli «obnaliçka» əməliyyatlarında da ittiham olunur. Geri qayıt |