Əsas Səhifə > Hadisə > GƏMİDƏ ÖLƏNLƏRİN HAMISI AZƏRBAYCAN VƏTƏNDAŞIDIR

GƏMİDƏ ÖLƏNLƏRİN HAMISI AZƏRBAYCAN VƏTƏNDAŞIDIR


16-02-2012, 16:44
GƏMİDƏ ÖLƏNLƏRİN HAMISI AZƏRBAYCAN VƏTƏNDAŞIDIR

MƏRHUMLARIN ŞƏXSİYYƏTİ MÜƏYYƏNLƏŞİB

Bakıda partlayış baş verən Qazaxıstan gəmisində həlak olanlar Azərbaycan vətəndaşlarıdır.

Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinin baş həkimi Şahin Quliyev məlumat verib. Ş. Quliyev qeyd edib ki, hadisə zamanı dünyasını dəyişənlərin şəxsiyyəti müəyyənləşib. Ş. Quliyev ölən şəxslərin adlarını açıqlamayıb. İlkin məlumata görə, həmin şəxslərin ölümünə baş vermiş partlayış nəticəsində aldıqları xəsarətlər səbəb olub. Ekspertizanın yekun rəyi isə müayinə başa çatdıqdan sonra açıqlanacaq.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Xətai rayonunda Zığ limanında balıqçı gəmisində partlayış baş verib. İlkin məlumata görə, təmir işləri zamanı yaranmış partlayış yanğınla nəticələnib. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 4 nəfərin cəsədi aşkarlanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azərbaycan Dövlət Dəniz Adminstrasiyasından (ARDDA) da APA-ya faktı təsdiqləyiblər. Adminstrasiyadan verilən məlumata görə, hadisə Zığ qəsəbəsində gəmiqayırma zavodunda, Qazaxıstanın «Sara» firmasına məxsus gəmidə baş verib. Hadisənin ilkin ehtimala görə qaynaq işləri zamanı baş verdiyi bildirilib. Partlayış zamanı 4 nəfər ölüb.


Geri qayıt