Əsas Səhifə > Partiya > QARŞIDURMA GÖZLƏNİLİR

QARŞIDURMA GÖZLƏNİLİR


3-10-2011, 14:53
QARŞIDURMA GÖZLƏNİLİR

SƏBAYEL MƏHKƏMƏSİNİN ÖNÜNDƏ

Səbayel rayon Məhkəməsinin qarşısında vəziyyət gərginləşib. Bu barədə musavat.com-a "Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlu məlumat verib.

Onun sözlərinə görə, məhkəmə salonunda 2 aprel aksiyasında həbs olunan vicdan məhbuslarının məhkəməsinin yekun iclası gedir və məhbuslara hökm oxunacağı gözlənilir: "Bununla əlaqədar olaraq məhkəmənin önünə məhbusların qohumları. partiya yoldaşları yığışıblar. 100-dən artıq adam var. Hökmün ədalətsiz olacağı təqdirdə lokal etiraz aksiyası olacağı gözlənilir. Bunu önləmək üçün Səbayel rayon Polis İdarəsinin rəis müavini Kamil Vəlişovun başçılığı ilə polis qüvvələri və idmançı görkəmli mülki şəxslər səfərbət olunub. Qarşıdurma gözlənilir".

***

Məhkəmə prosesinin fasiləsində Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli məhkəmə salonundan çıxaraq bayırda gözləyən insanların yanına gəliblər. İsa Qəmbər "Yeni Müsavat"a açıqlamasında bildirib ki, o, məhkəmədə Məhəmməd Məcidlinin kitab yazacağı barədə eşidib və bu xəbərdən çox sevinib: "Dostlarımızın mübarizə əzmi və əhval-ruhiyyəsi yüksək idi. Bu, məni daha da qürurlandırdı".

musavat.com

Geri qayıt