Əsas Səhifə > Şou-biznes > MƏŞHUR CÜTLÜYÜN EVİNDƏ XEYİR İŞ

MƏŞHUR CÜTLÜYÜN EVİNDƏ XEYİR İŞ


16-02-2012, 13:40
MƏŞHUR CÜTLÜYÜN EVİNDƏ XEYİR İŞ

MUSA MUSAYEV QIZNI NİŞANLADI

Müğənnilər Təranə Qumralla Musa Musayevin ailəsində xoş hadisə baş verib.

Milli.Az xəbər verir ki, fevralın 15-də Azərbaycan şou-biznesində illərdən bəri birgə duetləri ilə tamaşaçı sevgisi qazanmağa müvəffəq olmuş Təranə və Musa cütlüyünün sevincinə sevinc qatan ikinci qızları Fidanın nişanlanması olub. Bu xəbəri ilk olaraq ailənin yaxın dostlarından olan, "istəkli Vətən oğlu" tituna layiq görülmüş müğənni Manaf Ağayev təsdiqlədi. Bəstəkar-müğənni Musa Musayevin yazdığı "Vətən oğlu" mahnısına çəkdirdiyi klipini təqdim edən Manaf, ötən gün keçirilən tədbirində yaxın dostunun sırf xeyir işə başının qarışdığı üçün onu təbrik etməyə gələ bilmədiyini söylədi.

Əldə etdiyimiz məlumata görə, Qumral, Fidan və Sevgim adlı üç qızları olan Təranə ilə Musanın Erkin adlı kürəkəni iş adamıdır. Müğənnilərin birinci övladları artıq bir neçə ildir ki, ailə həyatı qurub. Və Fidanı nişanlamaqla onlar ikinci dəfə qayınana və qayınata məsuliyyətini daşıyacaqlar.

Təqdim etdiyimiz fotosessiya elə də uzaq olmayan keçmişdə təşkil olunan məclislərin birində görüntülənib. Şəkillərdə müğənnilər ailələrinin sonbeşik qızları olan Sevgimi əzizləyirlər.

Övladlarının həmişə xoş günlərinə şahid olmaları arzusuyla xəbəri yeniləməyə çalışacağıq.


Geri qayıt