Əsas Səhifə > Cəmiyyət > BİZNES MÜHİTİ TƏHLÜKƏ QARŞISINDA
BİZNES MÜHİTİ TƏHLÜKƏ QARŞISINDA16-02-2012, 12:52 |
HÜQUQİ ŞƏXSLƏRLƏ BAĞLI YENİ QANUNUN QƏBULU KİMƏ NƏ VƏD EDİR? Prezident Administrasiyası Milli Məclisə hüquqi şəxslərin cinayət məsuliyyəti barədə qanun layihəsi təqdim edib. Mövcud CM-ə əsasən (19 və 20-ci maddələr), anlaqlı olan, 16 yaşına çatmış və cinayət törətmiş fiziki şəxslər cinayət məsuliyyəti daşıyır. "Belə layihələrin ideyası yeni deyil, - deyə hüquqşünas Hüquq Salmanov bildirir. - Ümumi və roman-alman hüququ mənsubları şirkətin rəhbəri olan və ya qərar verən konkret psixikaya malik fiziki şəxsin məsuliyyətini tam tərkibdə cinayət törədilməsi ilə nəticələnən bu və ya digər qərara səs verən şirkətin korporativ məsuliyyətindən asanlıqla ayırır. Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub, onlarda deyilən hüquqi normanın tətbiqinin zərurəti əksini tapıb. BMT-nin transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasının 10-cu maddəsi, eləcə də onu tamamlayan protokollar hüquqi şəxslərə cinayətkar birlik təşkil etməyə, cinayət yolu ilə əmlak və gəlirlərin yuyulmasına, korrupsiyaya, ədalət məhkəməsinə qarşı cinayətlərə, qanunsuz miqrasiya təşkil etməyə və insan alverinə görə cinayət məsuliyyəti müəyyən edilməsini tələb edir. BMT-nin korrupsiyaya qarşı Konvensiyasının 26-cı maddəsi korrupsiya yönlü cinayətlərdə iştiraka görə hüquqi şəxslərin cinayət məsuliyyəti daşıdığını bildirir. Konvensiyaya əsasən, xarici dövlətin vəzifəli şəxsini pulla ələ almaq və kommersiya təşkilatlarında korporativ korrupsiya da korrupsiya cinayətidir. Beynəlxalq normaların siyahısını davam etdirmək olar, amma Azərbaycanda qanunun qəbulunun zəruriliyi qeyd edilməlidir. Bunu başqa MDB ölkələri də edir. Kriminal araşdırmalardan yazan jurnalist Elşən Balaxanılı bildirir ki, bu gün qanunvericilikdə boşluqlar olduğu üçün kiçik hüquqi şəxslərdən "böyüklərin" marağı üçün istifadə kütləvi xarakter alıb. Türmələrdə onlarla yalançı direktor yatır, əsl mülkiyyətçi olan məmurlar isə yüksək vəzifələr tutur. Saysız reyder (Ədliyyə Nazirliyinin icazəsi ilə) hallarından əsl sahibkarlar ziyan çəkir, ölkəyə dəyən iqtisadi ziyan yüz milyonlarla manatdır. Bilərəkdən müflisləşmə halları çoxdur. İri məmur sahibkarlar ölkəyə insanların sağlamlığına ziyan vuran məhsulların - dərman, oyuncaq, ərzaq malları və s. tədarükü üçün məsuliyyət daşımır. Amma Azərbaycan şəraitində belə bir qanunun qəbulu siyasi hakimiyyətə sərf etməyən biznes strukturların, QHT-lərin və KİV-lərin hüquqlarının tapdanması ilə nəticələnə bilər. Ədliyyə Nazirliyi dəfələrlə öz təftiş səlahiyyətindən istifadə edərək "özünü yaxşı aparmayanlara" xəbərdarlıq edib, sonra isə onların dövlət qeydiyyatını ləğv edib. Vəkil Fuad Ağayevin fikrincə, bu qanun qəbul edilsə, biznesə təzyiqlər daha da artacaq. "Bu qanun qüvvəyə minəndən sonra bütün biznes növlərinə onları əzmək və tabe etmək üçün total hücum gözləmək olar", - deyə o bildirir. Geri qayıt |