Əsas Səhifə > Ölkə > NAZİR TQDK SƏDRİNİN BOSTANINA DAŞ ATDI

NAZİR TQDK SƏDRİNİN BOSTANINA DAŞ ATDI


16-02-2012, 12:43
NAZİR TQDK SƏDRİNİN BOSTANINA DAŞ ATDI

MİSİR MƏRDANOVDAN TƏLƏBƏ QƏBULU MƏSƏLƏSİNİ UNUTMAQ İSTƏMİR

Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının mexanizmi təkmilləşdirilməlidir.

Bunu təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, tələbə qəbulu sahəsində dünyanın çox az ölkələrində Azərbaycandakı sistem mövcuddur:

“Ali məktəblərə qəbul mexanizmi hökmən təkmilləşməlidir. Test üsulunun çox müsbət cəhətləri var. Test üsulu ilə müəyyən edə bilirik ki, bu və ya digər şəxs ali məktəbdə oxuya bilərmi? Ancaq onun hansı peşə üzrə ixtisaslaşacağını üzbəüz olmasan bilmək mümkün deyil. Ona görə də bu mexanizmin ciddi şəkildə təkmilləşməsinə və daha səmərəli həyata keçirilməsinə çox böyük ehtiyac var. Çünki Azərbaycanın gələcəyi birbaşa bununla bağlıdır”.

Onu da xatırladaq ki, tələbə qəbulu prosesi neçə müddətdir ki, Təhsil Nazirliyindən alınaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının kurasiyasına verilib və bu üzdən neçə illərdir Misir Mərdanovla TQDK sədri Məleykə Abbaszadə arasında açıq ədavət mühiti hökm sürməkdədir. Odur ki, hər iki tərəf ələ düşən ilk fürsətdəcə bir-birilərinin bostanlarına daş atırlar...


Geri qayıt