Əsas Səhifə > Cəmiyyət > RUS POLİTOLOQ QÜDRƏT HƏSƏNQULİYEVİ TƏHQİR ETDİ

RUS POLİTOLOQ QÜDRƏT HƏSƏNQULİYEVİ TƏHQİR ETDİ


15-02-2012, 18:26
RUS POLİTOLOQ QÜDRƏT HƏSƏNQULİYEVİ TƏHQİR ETDİ

TİNSKİYİN BAŞINDAN BÖYÜK AÇIQLAMALARI

Deputat Qüdrət Həsənquliyevin qonşu İrana qarşı ərazi iddiaları irəli sürmək məqsədi ilə Azərbaycanın adının dəyişdirilməsini təklif etməsi ciddi siyasi təşəbbüsdən daha çox gülməli hadisədir. Bu barədə SalamNews-a rusiyalı politoloq Qriqoriy Tinskiy bildirib.

Ekspertin sözlərinə görə, deputatın irəli sürdüyü təklifin siyasi əsaslandırılması inandırıcı deyil, siyasi məqsədyönlülük baxımından isə, ideya hətta "sıfırdan" aşağıdır. "Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev deputatın bu ağılsız fitnəsinə uymamaq üçün kifayət qədər məsuliyyətli və ciddi siyasətçidir. Azərbaycan artıq Dağlıq Qarabağ kimi ərazi münaqişəsinə cəlb olunub. Əgər bu, Azərbaycan xalqı üçün kifayət etməyibsə, süni yolla daha birini meydana gətirmək olar. Lakin hadisələrin belə axarı Azərbaycana problemdən başqa heç nə bəxş etməyəcək. Roma hüququnun qədim prinsipi "Pacta sunt servanda" "razılaşmalara riayət edilməlidir" kimi tərcümə olunur. "Gülüstan" və "Türkmənçay" müqavilələri kimi qədim beynəlxalq razılaşmalara yenidən baxılması (imzalayan tərəflər artıq çoxdan mövcud deyillər) həm qeyri-mümkün, həm də mənasızdır. Düşünürəm ki, bu mənasız təklifi irəli sürən deputat növbəti seçkilər öncəsi populyarlıq qazanmaq istəyir. Ümumiyyətlə, ağılsızlıqları şərh etmək səmərəsiz bir işdir", - Qriqoriy Tinskiy deyib.


Geri qayıt