Əsas Səhifə > Cəmiyyət, Manşet > ƏBÜLFƏS QARAYEVİ KİMLƏR “VURUR”?
ƏBÜLFƏS QARAYEVİ KİMLƏR “VURUR”?15-02-2012, 15:54 |
NAZİR DİGƏR OLİQARX-MƏMURLARIN QƏZƏB EPİSENTRİNƏ DÜŞƏ BİLİB Bir neçə gün əvvəldən məlumat verərək bildirmişdik ki, hakimiyyət daxilində Baş Nazirlik uğrunda aparılan mübarizə yenidən qızışmaqdadır. “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) bu barədə danışan mənbənin sözlərinə görə, bu gün hakimiyyət daxili qruplaşmaların savanının qızışmasında əsas faktor kimi Baş Nazirlik kürsüsü çıxış etməkdədir. Çox qəribədir ki, Baş Nazirlik uğrunda gedən intriqaların hədəfinə bu gün Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev gəlib. Özünün bir sıra xarakterik və peşəkarlıq cəhətləri ilə bu kürsüyə uyuşmasa da, Mədəniyyət və Turizm Naziri bu kürsüdə gözü olan məmur oliqarxların hədəfinə çevrilib. Məlumatda deyilir ki, məhz özünün xarakterik cəhətləri ilə Əbülfəz Qarayev məmur-oliqarxların qara siyahısına düşüb. «Əbülfəz Qarayev özü bu yüksək kürsüyə iddialı olmasa da, məhz onun siyasi iddialarının olmaması, ciddi siyasi fiqur kimi diqqəti cəlb etməməsi, həmçinin böyük maliyyə rıçaqlarına sahib olmaması, üstəlik xarakterindəki «tikansız balıq» imici və hakim ailəyə yaxınlığı onun ölkənin ikinci adamı olması üçün ciddi stimullar yaradır. Diqqət edin, bütün bu keyfiyyətlər Artur Rəsizadə də var», deyə mənbə bildirdi. Məhz bu xarakterik keyfiyyətləri Əbülfəz Qarayevi digər məmur-oliqarxların qəzəbinə tuş gətirib. Bizə verilən məlumata görə son zamanlar hakimiyyət daxilində nazirə qarşı sərt çıxışlar olub və onun şəxsi biznesinin yoxlanılması təşəbbüsü səsləndirilib. Qeyd olunur ki, nazirin şəhərdə bir neçə şirkəti və tikinti sektorunda ciddi payı var. Mənbənin deməsinə görə ona yaxın olan bir neçə nəfər şəhərin mərkəzində 2 hündürmərtəbəli bina da inşa etdirib. Mənbə onu da qeyd elədi ki, Artur Rəsizadədən fərqli olaraq rəqibləri Əbülfəz Qarayevdən qorxurlar: «Əbülfəz Qarayev həmişə «adamın yerə baxanı, suyun lal axanı» prinsipi ilə hərəkət edib. Bu onun xarakterik cizgisidir. Üstəlik Əbülfəz Qarayevin ölkə başçısı ilə isti münasibətdə olduğunu hər kəs bilir. Ona görə də rəqibləri Əbülfəz Qarayevdən qorxur və ehtiyatlanırlar». Geri qayıt |