Əsas Səhifə > Partiya > YAP KONFRANSA HAZIRLAŞIR

YAP KONFRANSA HAZIRLAŞIR


15-02-2012, 14:01
YAP KONFRANSA HAZIRLAŞIR

“AZƏRBAYCAN, GƏLƏCƏYƏ BAXIŞ-2020” MÖVZUSU MÜZAKİRƏ EDİLƏCƏK

Sabah Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Azərbaycan, gələcəyə baxış-2020” mövzusunda konfrans keçiriləcək.

Bu barədə məlumat SalamNews-a hakim partiyanın mətbuat xidmətindən daxil olub. Bildirilib ki, dövlət və hökumət rəsmiləri, deputatlar və Yeni Azərbaycan Partiyasının rəhbərliyinin iştirak etdiyi konfransda təhsil naziri Misir Mərdanov xüsusi təqdimatla çıxış edəcək.

Konfransda Azərbaycan dövlətinin növbəti illər ərzində qarşısına qoyduğu əsas hədəflər, bunun həyata keçirilməsi istiqamətində görüləcək işlər və s. barədə müzakirələr və çıxışlar olacaq.


Geri qayıt