Əsas Səhifə > Şou-biznes > "MÜĞƏNNİYƏM VƏ DAİM SƏHNƏDƏYƏM"

"MÜĞƏNNİYƏM VƏ DAİM SƏHNƏDƏYƏM"


15-02-2012, 13:29
"MÜĞƏNNİYƏM VƏ DAİM SƏHNƏDƏYƏM"

QARAMOLLAYEVA QEYRİ-ADİ GEYİMİNDƏN DANIŞDI

Gənc müğənni Kəmalə Qaramollayeva bu günlərdə qatıldığı tədbirlərdən birində çəhrayı rəngli, qısa ətəkli, dekolteli paltarı ilə diqqət çəkib.

Day.Az saytına açıqlamasında belə geyimdə pis heç nə görmədiyini söyləyib: "Müğənniyəm və daim səhnədəyəm. Bu geyim mənə yaraşmasaydı, heç zaman onu geyməzdim".

K.Qaramollayeva tədbirdə Beyonsun "Listen" mahnısını ifa edib: "Potensialımı və səsimi göstərəcək mahnı axtarışında idim. Bəstəkarlarımızdan mənim üçün belə mahnı bəstələmələrini istəmişdim. Amma istədiyimi ala bilmədim. Ona görə də Beyonsun ən çətin mahnısını seçdim və ifa etdim".

K.Qaramollayeva Rəhim Rəhimlinin ona klip çəkəcəyilə bağlı fikirləri ətrafında yayılmış söz-söhbətə münasibət də bildirib: "Rəhim Rəhimlinin mənə klip çəkəcəyini deməmişəm. O, sadəcə, çəkilişlərdə iştirak edəcək və obrazın yaradılmasına kömək edəcək. Rəhim Rəhimli yeni klipimlə bağlı ideyalarının olduğunu bildirib və biz onlardan istifadə etmək istəyirik".


Geri qayıt