Əsas Səhifə > Şou-biznes > FLORA KƏRİMOVA NƏDƏN NARAZIDIR?

FLORA KƏRİMOVA NƏDƏN NARAZIDIR?


3-10-2011, 13:40
FLORA KƏRİMOVA NƏDƏN NARAZIDIR?

“RÖYA BİRİNCİ DEYİL”

Xalq artisti Flora Kərimova həmkarı Teymur Əmrahın populyar ifaçı Röya haqda fikirlərilə razı deyil.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, F.Kərimova T.Əmrahın "ifaçılar arasında Röya 1 nömrədir" fikrilə razı olmadığını deyib. "ATV-magazin" verilişinə açıqlamasında xalq artisti müğənnilərin nömrələrə bölüşdürülməsinin yanlış olduğunu söyləyib:

"Yalnız peşəkar 1 nömrəli ola bilər. Mən heç zaman kiminsə 1 nömrəli səs olduğunu demərəm. Teymur peşəkardır. Bilmirəm, o necə belə söz deyə bilər. Hər halda, bu, onun mövqeyidir. Amma Teymur tamaşaçı olmaqla yanaşı, həm də müğənnidir. Odur ki, belə söz deməməli idi".


Geri qayıt