Əsas Səhifə > Dünya > KİM ÇEN İR GENERALİSSİMUS ADINI ALDI

KİM ÇEN İR GENERALİSSİMUS ADINI ALDI


15-02-2012, 12:35
KİM ÇEN İR GENERALİSSİMUS ADINI ALDI

PXENYANDA 6 METRLİK ABİDƏ DƏ UCALDILIB

Məlumata görə, Şimali Koreyanın sabiq lideri Kiç Çen İr anadan olmasının 70 illiyi münasibəti ilə KXDR-nın generalissimusu adı verilib.

16 fevralda keçiriləcək ölkənin sabiq liderinin ad günü rəsmi şəkildə «Yolgöstərən ulduz günü» adlanır və Şimali Koreyanın dövlət bayramı kimi qeyd olunacaq.

Əvvəllər ölkənin generalissimusu adı Kim Çen İrin atası və ölkənin əsasını qoymuş Kim İr Senə verilmişdi.

Pxenyanın mərkəzində həmçinin 6 metrlik bürünc abidənin açılışı olub.

Ötən həftə Şimali Koreyala Kim Çen İrin 70 illiyi münasibəti ilə monumentin açılışı olmuşdu.

Geri qayıt