Əsas Səhifə > Şou-biznes > “BU QIZ MƏNİM ÖVLADIMDIR”

“BU QIZ MƏNİM ÖVLADIMDIR”


3-10-2011, 13:37
“BU QIZ MƏNİM ÖVLADIMDIR”

İBO AZƏRİ QIZINA XEYİR-DUA VERDİ

Milli.Az xəbər verir ki, başına gələn məlum hadisədən sonra ilk dəfə olaraq kameralar qarşısına keçən İbrahim Tatlısəs sevənlərini salamlayıb. Müğənni yenicə evləndiyi Ayşegül Yılmazla birlikdə məşhur “çiy köftə” yemək üçün xəstəxanadan çıxıb. Uzaqdan jurnalistləri salamlayan İbrahim Tatlısəs sağlam və gümrah olduğunu da bildirib. Jurnalistlərin diqqətini isə müğənninin yanında olan insanlar çəkib. Həyat yoldaşı və toyundakı nikah şahidindən başqa, Tatlısəsin yanında Azəri qızı Günelin atası Rəhman da olub. Bir neçə dəqiqədən sonra isə Azəri qızı Günel və nişanlısı da qonaqlar sırasına qoşulub.

Cütlük İmperatorun əlindən öpərək, onunla xeyli söhbət edib. Günelin nişanlısı ilə tanış olan İbrahim Tatlısəs: "Bu qız mənim övladımdır, ondan muğayat ol. Ona gözün kimi bax", - deyərək, cütlüyü salamlayıb.

Qeyd edək ki, Azəri qızı Günelin 11.11.11 tarixində ailə quracağı bildirilir. Toyda İbrahim Tatlısəs də iştirak edəcək..


Geri qayıt