Əsas Səhifə > Cəmiyyət > İRAN AZƏRBAYCANA QARŞI MÜHARİBƏ ELAN EDƏCƏK?

İRAN AZƏRBAYCANA QARŞI MÜHARİBƏ ELAN EDƏCƏK?


14-02-2012, 17:38
İRAN AZƏRBAYCANA QARŞI MÜHARİBƏ ELAN EDƏCƏK?

“DEZİNFORMASİYANI REAL PROSESLƏRDƏN AYIRMAQ LAZIMDIR”

Azərbaycan-İran münasibətlərinə aydınlıq gətirilməlidir, etiraz notası mübadiləsi münasibətlərin rəsmi soyumasına formal start verib. Politoloq, Azərbaycan milli təhlükəsizlik nazirinin keçmiş birinci müavini Sülhəddin Əkbər belə hesab edir.

Onun fikrincə, Azərbaycanın İsrail kəşfiyyatının agentləri, həlak olmuş iranlı fiziklər üçün platsdarm olması barədə ittihamlar əsassızdır və uydurmadır. Amma Azərbaycan XİN-in notası əsaslıdır, İran xüsusi xidmətinin Bakıda İsrail vətəndaşlarına qarşı terror aktları hazırlaması cəhdinə dair sənədlərlə və videokameralarla əsaslandırılıb.

Bundan əvvəl də İranın xüsusi xidməti dəfələrlə Azərbaycanın paytaxtında terrora cəhd göstərib. Bu cür cinayətlərə görə məhkum olunanların barəsində məhkəmə qərarları var.

İranın və İsrailin xüsusi xidmətinin bizim ölkə ərazisində aktiv olması hamıya məlum faktdır və həmin ölkələr arasında gərginlik artdıqca bu fəallıq da artacaq.

Beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulmuş rəsmi bəyanatlarda həmin dövlətlərin rəhbərləri bir-birlərini ən ciddi hərbi tədbirlərlə hədələyir.

Digər tərəfdən ABŞ, Böyük Britaniya və Fransa Hörmüz boğazının bağlanmasına dair planlar barədə İran prezidentinin bəyanatından sonra öz hərbi qüvvələrini canlandırıblar.

“Bütün bunlar həmin dövlətlərin xüsusi xidmətlərinin İranla qonşu olan ölkəmizdə fəallığını irəlicədən müəyyən edir. Odur ki, qızışan informasiya müharibəsini gözləmək və dezinformasiyanı real proseslərdən ayırmaq lazımdır.

“Azərbaycanın İrana, həmçinin Suriyaya dair dəqiq mövqeyi belə deməyə imkan verir ki, Bakı öz seçimini edib”, - S.Əkbər qeyd edib.

Lakin İran amilinin öhdəsindən təkbaşına gəlmək üçün Azərbaycan milli təhlükəsizlik orqanlarının öz resursları azlıq edir. Odur ki, ABŞ, Avropa İttifaqı və Türkiyədən olan həmkarlarımızla daha sıx əməkdaşlıq etmək yaxşı olardı. Həmçinin Əfqanıstanda və Pakistanda gərginliyin artması fonunda da həmin ölkələrlə əməkdaşlıq vacibdir.


Geri qayıt