Əsas Səhifə > Ölkə, Manşet > YAP DAXİLİNDƏ YENİ ÇAXNAŞMA

YAP DAXİLİNDƏ YENİ ÇAXNAŞMA


14-02-2012, 16:17
YAP DAXİLİNDƏ YENİ ÇAXNAŞMA

500 YAP-ÇI FƏALIN SIRASINA QOŞULMAQ ÜÇÜN AMANSIZ MÜBARİZƏ GEDİR

DİA.AZ: - Hakim partiya içində yeni bir qalmaqal yaranıb. Bu barədə məlumatı redaksiyamıza Yeni Azərbaycan Partiyasındakı qaynaqlar ötürüb. Mötəbər mənbənin bildirdiyinə görə, Prezident Administrasiyasından hakim partiyanın Mərkəzi Aparatından əsasən rayondakı fəal YAP-çıların siyahısının tutulması istənilib.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) ötürülən məlumatda bildirilir ki, PA-dan belə bir siyahının istənilməsinin dəqiq nədənləri məlum olmasa da, belə bir ehtimal var ki, fəal və sədaqətli YAP-çıların siyahısının tutulmasında məqsəd onların gələcəkdə hansısa görəvlərə irəli sürülməsində istifadə edilə bilər.

Bu barədə mənbəmizin söylədikləri: «Elə buna görə də YAP daxilində bir çaxnaşma var. Siyahının hazırlanması prosesinə rəhbərlik edən YAP-ın icra katibi Əli Əhmədov sanki bütün YAP-çıların gələcəyini həll edirmiş kimi davranır».

Mənbəmiz bildirir ki, siyahının tutulmasında kifayət qədər müstəqil olan YAP-ın mərkəzi aparatı əslində həm də gələcək məmurları müəyyən etdiyindən hətta adlarını siyahıya saldırmaq istəyən bəzi hakim partiya üzvləri külli miqdarda pul verməyə belə hazırdırlar: «Amma bir daha vurğulamaq lazımdır ki, siyahının hansı məqsədlə hazırlandığı, yəni hansı yöndə istifadə ediləcəyi hələlik məlum deyil».

Mənbəmiz onu da bildirdi ki, artıq təxminən 500-ə yaxın YAP fəalının adının yer aldığı siyahının ilkin variantı hazırdır və yaxın günlərdə bəzi dəyişikliklərdən sonra siyahının Prezident Administrasiyasına təqdim edilməsi planlaşdırılır.


Geri qayıt