Əsas Səhifə > Araşdırma > HARDASAN, AY ƏVƏZ…

HARDASAN, AY ƏVƏZ…


14-02-2012, 15:36
HARDASAN, AY ƏVƏZ…

VƏ YAXUD YELBYEİNLƏRİN BAYRAMINI KİMLƏR QEYD ETDİ?

DİA.AZ: - Bir neçə gün əvvəl hansısa həmkarım 14 Fevral günü ilə bağlı araşdırma apararaq sübuta yetirmişdi ki, əslində bu tarixin sevgiyə, sevgililərə heç bir aidiyyatı yoxdur. Daha sonra həmkarım qeyd etmişdi ki, bu tarixi qeyd edənlər yelbeyinlərdir.

Əslində sevən başı beyin idarə etməz. Yəni bir yandan adını unutduğum həmkarım haqlıdır. Digər yandan isə, həmkarım həm də sözün əsl mənasında haqlıdır. Bu tarixin bizə heç bir aidiyyatı yoxdur.

…Hazırda həbsdə saxlanılan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı 14 fevrala alternativ bir milli modeli təklif etdi zamanında və demək olar ki, şəhid sevgililər - İlham və Fərizəni yaşadan bu tarix bizim üçün daha milli olduğundan cəmiyyət tərəfindən demək olar ki, qəbul olundu.

Həm də Əvəz Zeynallının xoş mənada bir jurnalist hikkəsi də bəziləri üçün psixoloji təzyiq rolunu oynadı.

Əvəz Zeynallı zorən də olsa, hətta telekanallarımızı da 30 İyun tarixinə bağlaya bilmişdi. Amma indi Əvəz Zeynallı məhbəsdədir. Sanki Milli Sevgililər Günümüz də məhbəsə salınıb.

Dünənə qədər Əvəz Zeynallının xoş mənada olan jurnalist hikkəsindən ehtiyat edən telekanallar bu gün səhərdən 14 Fevralı - bir fırıldaqçı-hoqqabaz keşişin yaratdığı tarixi az qala bayram kimi qeyd edirdilər.

Belə yerdə deyirlər, utanmasan, oynamağa nə var ki…

Hardasan, ay Əvəz…

SƏBUHİ


Geri qayıt