Əsas Səhifə > Ölkə > “ƏRƏB BAHARI” AZƏRBAYCANDAN TƏSİRSİZ ÖTÜŞMƏYƏCƏK

“ƏRƏB BAHARI” AZƏRBAYCANDAN TƏSİRSİZ ÖTÜŞMƏYƏCƏK


14-02-2012, 15:26
“ƏRƏB BAHARI” AZƏRBAYCANDAN TƏSİRSİZ ÖTÜŞMƏYƏCƏK

BEYNƏLXALQ EKSPERTDƏN İLGİNC PROQNOZ

Yaxın Şərqdə yaşanan “ərəb baharı” Azərbaycandan təsirsiz ötüşməyəcək. Bunu açıqlamasında Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin Qafqaz və Xəzər bölgəsi üzrə siyasi şərhçisi Güner Özkan bildirib.

O vurğulayıb ki, “ərəb baharı” adlanan kütləvi etirazların təsiri ötən il bir neçə dəfə Azərbaycana gəlb çatsa da, hökumət bunun qarşısını almağa müvəffəq olub. Hazırda “ərəb baharı”nın Suriya, İran və Rusiya ətrafında cərəyan etdiyini bildirən G.Özkan deyib ki, bu etirazların təsiri Orta Asiya dövlətləri ilə yanaşı, Hindistan və Pakistana qədər gedib çıxır.

Onun sözlərinə görə, “ərəb baharı” Cənubi Qafqaza hələ 2003-cü ildə təsir edib: “Həmin vaxtı Gürcüstanda baş verən kütləvi ixtişaşlar nəticəsində prezident Eduard Şevardnadze hakimiyyətdən gedib. Həmin illərdə bunun Ermənistan və Azərbaycana da təsiri olub. Əgər “ərəb baharı” İrana çatsa, bunun mütləq Rusiyaya, Cənubi Qafqaz və Orta Asiya ölkələrinə təsiri olacaq”.

Geri qayıt