Əsas Səhifə > Sosial, Manşet > ARİF RƏHİMZADƏ KİMİ HƏDƏFƏ ALDI?

ARİF RƏHİMZADƏ KİMİ HƏDƏFƏ ALDI?


14-02-2012, 14:59
ARİF RƏHİMZADƏ KİMİ HƏDƏFƏ ALDI?

DEPUTAT BƏLƏDİYYƏ MƏSƏLƏSİNİ TƏSADÜFƏN ORTAYA ATMAYIB: HƏDƏFDƏ QƏRİB MƏMMƏDOVDUR

DİA.AZ: Parlamentdə deputatlar dövlətin bələdiyyələrə nəzarət mexanizminin işini kəskin şəkildə tənqid ediblər. Xüsusilə də MM-in regional siyasət komissiyasının sədri Arif Rəhimzadə sərt danışıb. O bildirib ki, Azərbaycanda bələdiyyələrin hüquqları pozulur: «Lakin Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bu pozulan hüquqlarla bağlı heç bir iş görmür, əslində bu qurumun sözü də keçmir”.

Daha sonra Arif Rəhimzadə bildirib ki, Ədliyyə Nazirliyi (ƏN) isə Bələdiyyələrlə İş Mərkəzini yaratmaqla işini bitmiş sayıb: “Nazirliyin Bələdiyyələrlə İş Mərkəzi yalnız bələdiyyələri yoxlamaqla, onları cəzalandırmaqla məşğuldur”. A.Rəhimzadə, həmçinin deyib ki, Azərbaycanda bələdiyyələrin 1/3-nə, təxminən 600-ünə torpaq üzərində mülkiyyət hüququ verilməyib.

Qeyd edək ki, bununla bağlı redaksiyamıza çox ilginc faktlar daxil olub. Məlum olur ki, Arif Rəhimzadənin durub-dururkən bələdiyyələrin müdafiəsinə qalxması heç də səbəbsiz deylmiş. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (dia.az) bilgiləndirən hökumət içindəki qaynağın sözlərinə görə, əslində hədəfdə olan Ədliyyə Nazirliyi yox, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsidir.

Mənbəmiz bildirir ki, Arif Rəhimzadə də məhz ad çəkməsə də, Qərib Məmmədovun qurumunu hədəfə alıb: «Neçə müddətdir ki, bələdiyyələrə DTXK tərəfindən yaradılan problemlər gündəmi məşğul etməkdədir. Hər halda bu dövlət komitəsi günü bu gün də bələdiyyələrə aid olan torpaq sahələrinin konkret sərhədlərini müəyyən edib qurtarmayıb. Və yaxud da bələdiyyələrə aid olmalı olan torpaq sahələrini qurumların balansına verilməsi yönündə heç bir addım atmayıb».

Mənbəmiz bildirir ki, bu da bir bəhanədir. Əslində neçə müddətdən bəridir davam edən bir prosesin uzantıları bu gün parlamentin tribunalarına daşınmış olur. Söhbət Qərib Məmmədovun yola salınma prosesi üçün ictimai rəydə müvafiq alt bazanın yaradılmasından gedir.

Etibarlı mənbənin deməsinə görə Komitə sədri dünən Prezident Administrasiyasına dəvət olunub. Onunla aparılan söhbətlər zamanı torpaq islahatlarında baş verən qanunsuzluqlar, müxtəlif adlar altında yüz hektarlarla münbit torpağa sahiblənməsi və əsasən Gəncəbasardakı onlarla fermer təsərüfatlarının siyahısı komitə sədrinin qarşısına qoyulub.

Bununla yanaşı aydın olub ki, Torpaq Komitəsinin sədri Qərib Məmmədov həm də mənzil həvəskarı imiş. Aydın olub ki, Qərib Məmmədovun yalnız Bakıda yeni tikilən binalarda 30-dan çox mənzili var.

Ən gülməli başqa bir fakt isə bu olub ki, Qərib Məmmədov mağazalarda bazarlıq etməyidə sevir və hər həftə Bakıda fəaliyyət göstərən “kontinental” mağazalar şəbəkəsinin müxtəlif supermarketlərindən 1000-2000 min manat arası bazarlıqlar edirmiş.

Buda söylənilir ki, Qərib Məmmədov Bakıda ən qiymətli içkilərlə zəngin kolleksiyaya sahibdir.

Qərib Məmmədov qarşısına qoyulan faktlara heç bir cavab verə bilməyib və ona bildirilib ki, yaxın bir neçə ay ərzində işləri təhvil vermə prosesinə başlasın. İlkin olaraq ona bildirilib ki, komitə səıdrliyindən gedəndən sonra Göy-göl rayonuna icra hakimiyyəti başçısı göndəriləcək.

Bildirilir ki, Qərib Məmmədovun Göy-göl rayonunda da fermer təsərüfatı var.

Bütün bunları diqqətə çatdıran mənbəmizin sözlərinə görə, Qərib Məmmədova qarşı parlamentdən start götürən hücumlar enində-sonunda onun istefası ilə nəticələnəcək.

Geri qayıt